Modern.az

Azərbaycanın avro ilə saxlanılan valyuta ehtiyatı 5,4 milyard avrodu

Azərbaycanın avro ilə saxlanılan valyuta ehtiyatı 5,4 milyard avrodu

3 İyun 2010, 13:38

Avronun məzənnəsinin aşağı düşməsinin  ölkə iqtisadiyyatına və dövlət rezervlərinə təsirləri mübahisə mövzusu olaraq qalır. Belə ki, Mərkəzi Bank rəhbərliyi avronun kursunun aşağı düşməsinin  Azərbaycanın strateji valyuta ehtiyatlarına təsir göstərmədiyini,  müstəqil ekspertlərsə bunun əksini söyləyirlər. Ölkədə iqtisadi araşdırmalar aparan təşkilat kimi tanınan İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri  Vuqar Bayramov  Avropada  baş verən proseslərin Azərbaycan iqtisadiyyatına neqativ təsir göstərdiyini düşünür. Avronun məzənnəsinin aşağı düşməsi, eləcə də Avropada müşahidə edilən böhran konteksində neftin uczlaşmasının Azərbaycaycan iqtisadiyyatina təsirləri ilə bağlı yanaşmaların  müxtəlif olduğunu deyən iqtisadçı-ekspertin fikrincə, avronun məzənnəsinin aşağı düşməsi dövlət rezervlərinin manatla ifadədə azalmasına gətirib çıxarır. “Hərçənd ki, rəsmi məlumatlarda avronun məzənnəsinin aşağı düşməsinin və avrozonada baş verən böhranın Azərbaycan iqtisadiyyatına hər hansı təsirə malik olmadığı qeyd olunur”- deyə ekspert bildirir: “Proseslərin təhlili bunun əksini göstərir. Xarici ticarət dövriyyəsinin 63 faizi avropa birliyi ölkələrinin payına düşür. Avropa Birliyinə ixrac edilən məhsulların əksər hissəsini neft və neft məhsulları təşkil etsə də avrozonanın ixracda payı böyükdür. Avronun məzənnəsinin aşağı düşməsi Azərbaycanını Avropa Birliyi ilə ixrac əməliyyatlarına neqativ təsir edir.Yerli sahibkarlara avrozonada rəqabət aparmaq imkanına malik olmağa imkan vermir. Avronun məznnəsi aşağı düşməzdən əvvəl Azərbaycanda 100 manata istehsal olunan məhsulun avro ilə qiyməti 75 avro idisə, bu gün Azərbaycanda 100 manata istehsal edilən məhsulun avro ilə qiyməti 101 avrodur. Ölkə daxilində  istehsal olunan  məhsulun qiyməti manatla qalxmasa da belə qiyməti avro ilə yüksəldiyi üçün avrozonada iş adamlarımızın öz məhsullarını satmaq və rəqabət aparmaq imkanları çətinləşib. Eyni zamanda avrozonada baş verənlər neftin dünya bazar qiymətinin aşağı düşməsinə gətirib çıxarıb”.

V.Bayramovun sözlərinə görə,   avrozonadakı proseslər  neftə tələbatın azalmasına səbəb olmaqla yanaşı neft bazarına birbaşa təsir edir: “Vəsaitlərini avro ilə saxlayan  investorlar vəsaitlərini neftə yönəltməkdə maraqlı deyillər. Çünki, avrozonada böhranın böyüyəcəyi halda neftə olan tələbatın kəskin aşağı düşməsi və bu sbəbdən  neftin qiymətinin azalması təhlükəsi var. Azərbaycan  və ABƏŞ-in gün ərzində 1 milyon barel neft ixrac edir. O baxımdan hətta neftin qiymətinin 85 dollardan 75  dollara düşməsi ABƏŞ  daxil olmaqla Azərbaycan şürkətlərinin əldə etdiyi gəlirin 10 milyon dollar azalmasına gətirib çıxarır. Amma avrozonada baş verənlərin ən ciddi təsiri dövlət rezervlərinin avro ilə saxlanılan hissəsinə dəyir. Hökümət müxtəlif  valyutalardan istifadə etməklə formalaşdırdığı valyuta səbətinin  avrozonada baş verənlərin neqativ təsirlərini minumlaşdırdığını söyləyir.Lakin manat dollara nisbətən dəyişmədiyi, avroya nisbətən möhkəmləndiyi üçün dövlət rezervlərinin manatla ifadəsində azalmalar müşahidə edilir. Yəni manatla ifadədə bu səbət avronun ucuzlaşmasından yaranan itkiləri sığortalaya bilmir”.

Mütəxəssis Azərbaycanın valyuta ehtiyatlarının təxminən 30 faizindən artığının avro ilə saxlandığını vurğulayır:” Praktiki bu o deməkdir ki, avro ilə saxlanan ehtiyatlar 5,4 milyard avrodur. Valyuta ehtiyatrlarının digər hissəsi dollar və digər valyutalarla saxlanır. Digər valyutalarla saxlanılan rezervlərin  manatla ifadəsində dəyişiklik yoxdur.Amma avro ilə saxlanılan rezervlərin manatla ifadəsində azalmalar var”.

V.Bayramov son aylar avronun manata nisbətən məzənnəsinin 10 faizdən artıq aşağı düşdüyünü xatırladır: “Avronun məzənnəsinin aşağı düşməsi dövlət rezervlərinin manatla ifadəsində təxminən 500 milyon manat itki yaradıb. Avrozonada baş verənlərin dövlət rezervlərinə, iqtisadiyyata təsirləri çoxdur”.   

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi