Modern.az

Ətraf mühitə ziyan vuranlar cərimələnib

Ətraf mühitə ziyan vuranlar cərimələnib

30 Sentyabr 2009, 10:09
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları 14-27 sentyabr tarixlərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıblar.
Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 13 akt və protokol tərtib olunub və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 1 göstəriş verilib. Ümumilikdə 7 iş üzrə 11100 manat məbləğində cərimə tətbiq edilib və dəymiş ziyana görə 4 iş üzrə 860,36 manat məbləğində iddia qaldırılıb.
Yerin təkinin mühafizəsi sahəsində 4 protokol tərtib olunub və 1 iş üzrə 3000 manat məbləğində cərimə tətbiq edilib.
Atmosfer havasının mühafizəsi ilə bağlı 3 akt tərtib olunub.
Ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsinə görə 5 akt və protokol tərtib olunub, 4 iş üzrə 6500 manat məbləğində cərimə tətbiq olunub.
Su ehtiyatları üzrə 1 məcburi göstəriş verilib.
Floranın mühafizəsi sahəsində 1 akt tərtib olunub və 2 iş üzrə 1600 manat məbləğində cərimə tətbiq edilib və 4 iş üzrə 860,36 manat məbləğində iddia qaldırılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu