Modern.az

Deputatlarımız ABŞ konqresmenlərilə görüşüblər

Deputatlarımız ABŞ konqresmenlərilə görüşüblər

Parlament

3 İyun 2010, 19:14

st1:*{behavior:url(#ieooui) }

Qətərin paytaxtı Dohada keçirilən 10-cu Doha Forum çərçivəsində Azərbaycan nümayəndə heyəti Macarıstanın baş naziri Qordon Bajnai ilə görüşüb. Baş nazir ölkəsinin Azərbaycanla əməkdaşlığın genişlənməsinə böyük önəm verdiyini və iki ölkə arasında əməkdaşlığın getdikcə daha da artmasının önəmini vurğulayıb. Avropa Parlamentinin vitse-prezidenti Rodi Kratsia ilə görüşdə isə Dağlıq Qarabağ münaqişəsi, Avropa Parlamentinin bir neçə gün əvvəl bu istiqamətdə qəbul etdiyi qərar ətrafında müzakirələr aparılıb. Millət vəkili Qənirə Paşayeva vurğulayıb ki, azərbaycanlı qaçqın və məcburi köçkünlər öz yurd-yuvalarına, öz evlərinə dönmələri istiqamətində təşkilatın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində səylərini daha da artıracağını gözləyirlər. ABŞ-dan olan konqressmen Brayn Braid və Linkoln Davis ilə görüş zamanı da Dağlıq Qarabağ münaqişəsi diqqət mərkəzində olub. Millət vəkili ATƏT-in  Minsk qrupunun həmsədri kimi münaqişənin tənzimlənməsi istiqamətində Birləşmiş Ştatların Ermənistana təzyiqlər göstərməsinin vacibliyini vurğulayıb və onlardan ədalətin dəstəklənməsi istiqamətində səylərini artırmalarının xahiş edib. Onlara Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi, azərbaycanlı qaçqın və məcburi köçkünlər barədə daha geniş məlumatlar verilib və materiallar təqdim edib. Cənubi Afrika Respublikasının Sosial İnkişaf naziri İh Meyer, Somalinin naziri Abdi Raşhid Mohamed Abdi ilə görüş zamanı onlara Azərbaycanla bağlı və Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal altından saxlaması, işğal etdiyi ərazilərdə törətdiyi vandalizm aktları ilə bağlı ətraflı məlümatlar verilib və beynəlxalq təşkilatlar çərçivəsində ədalətin dəstəklənməsi istiqamətində Cənubi Afrika Respublikasının və Somalinin də səylərini artırmasının vacibliyi vurğulanıb. Kanada parlamentinin deputatı Pol Devar, Suriya parlamentinin üzvü Vaha Edin Hasan, Cənubi Koreya parlamentinin üzvü Sonq Min- Soon ilə görüş zamanı da Azərbaycan nümayəndə heyəti onlara Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatlar veriblər. Azərbaycani nümayəndə heyəti forum çərçivəsində YUNESKO-nun xoşməramlı səfiri xanım İvonne A-Baki, Türkiyə, İtaliya, Mərakeş, Oman, Misir, Qatar, İordaniya da daxil olmaqla bir neçə ölkədən forumda iştirak edən nümayəndələr, müxtəlif beynəlxalq təşkilatların və mediya qrumlarının rəsmiləri ilə də görüşlər keçiriblər.

 

 

 

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi