26 aprel 2018, Cümə axşamı
Ana Səhifə - FOTOSÖHBƏT - Şair-publisist Əkbər Qoşalı ilə FOTOSÖHBƏT
Şair-publisist Əkbər Qoşalı ilə FOTOSÖHBƏT
03.04.2014, 10:02

Modern.az saytı Atatürk Mərkəzinin şöbə müdiri, şair-publisist Əkbər Qoşalı ilə FOTOSÖHBƏT layihəsini təqdim edir.

Əkbər Qoşalı 3 aprel 1973-cü ildə Tovuz rayonunda anadan olub. Orta məktəb attestatında “5”dən başqa qiymət olmasa da, qarışıq 1990-cı ildə təhsilini qızıl medal almadan başa vurub. Elə həmin il Politexnik İnstitutuna (indiki AzTU) daxil olub. Bu ali təhsil ocağını 1995-ci ildə “fərqlənmə diplomu” ilə bitirən Əkbər Qoşalı (Yolçuyev), 1998-2001-ci ilərdə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ikinci ali təhsil alıb. Hələ orta məktəb illərindən şeirə-sənətə yüksək marağı olan Ə.Qoşalı, ali təhsil illərindən başlayaraq, dövri mətbuatda çap olunur. “Doxsanıncılar ədəbi nəsli”nin tanınmış nümayəndələrindəndir, Dünya Gənc Türk Yazarlar Birliyinin qurucusu, ilk başqanı olub.

Dəfələrlə Azərbaycan nümayəndə heyətinin üzvü və başçısı kimi xarici ölkələrdə keçirilən şeir-sənət festivallarında, gənclik qurultaylarında, konfranslarda iştirakçı olub, yaddaqalan məruzələrlə çıxışlar edib. O cümlədən Azərbaycan Yazıçılarının son iki qurultayı qarşısında keçirilən toplantılarda məruzəçilərdən olub.

Xalq yazıçısı Anar onun “Türk Dünyasında Ədəbiyyat... Ədəbiyyat(ımız)da Türk Dünyası...” adlı məru­zəsini “model məruzə” adlandırıb.

Bir çox gənclər təşkilatının qurulmasında yaxından iştirak edən Ə.Qoşalı 1996-cı ilin fevralından başlayaraq, 5 il müddətində Gənclər-İdman Nazir­liyin­də çalışıb.

Azərbaycanda Atatürk Mərkəzi qurulandan bu mərkəzin İctimai-siyasi şöbəsində, öncə elmi əməkdaş, 2006-cı ildən isə şöbə müdiri olaraq çalışmaqdadır. “Yeni Azərbaycan” qəzetinin ədəbiyyat üzrə redaktoru, “Ulu Çinar” dərgisinin redaksiya heyətinin üzvü, “Yüce Erek” dərgisinin Azərbaycan təmsilçisidir. Ə.Qoşalı onlarla kitabın müəllifi, həmmüəllifi, tərtibçisi, redaktoru, “önsöz” yazarıdır. Bir sıra ödüllərlə, o cümlədən “Rəsul Rza” (Rəsul Rza Fondu), “Fəxri Gənc” qızl döş nişanı (AGİN və NAYORA), “Gənclər Mükafatı” (AYB və AGİN), “Şahmar Əkbərzadə” (“VEKTOR”), “Həsən Bəy ZƏRDABİ” (AJB),  İraq Gənclər-İdman Nazirliyinin gümüş plaketi və s. ilə, çoxsaylı “fəxri fərman” və diplomlarla təltif edilib. Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü olub (2008).

Azərbaycan Silahlı Qüvvələrin zabiti olaraq həqiqi hərbi xidmət keçib.

Ailəlidir, üç övladı var.

 

1-ci sinif şagirdi olan vaxtlarımdır. Eşitdim, kəndə şəkilçəkən gəlib, qaçdım, oturdum stulda...

 

Sinif rəhbərimiz Zülfüqar İbrahimovun başçılığı ilə yığışıb şəkil çəkdirmişik – uzaq 1989-cu il, Tovuz rayonu, Çatax kəndi... 

 

Orta məktəb illərindən bir xatirə də bu şəkildir. Arxadan baxan sinif yoldaşımızı – Elqam Məmmədovu, hardasa, 23 ildir görmürəm, yolu yaxın olsun... 

 

Ali məktəb illərindən bir xatirədir. Bulvarda çəkdirmişik. “Qrup starostası”ydım. Deməsi ayıb olmasın, qrupda cəmi iki “qırmızı diplom” alan oldu, biri, təbii mən idim...  


2005-ci ilin 1-ci ayında İspartada çəkilib. Məlahət xanım Ecevitin – Göllər bölgəsi Yazarlar Dərnəyi başqanının dəvətlisiydik... 

 

Bir qış günü Süleyman Dəmirəlin məmləkətində - İspartadayıq.

 

Necə deyərlər, “qoy şəkil danışsın”... 

 

Ölü Dəniz İngilis Yarənlər Qrupu ilə (Türkiyə - 2012). – Unikal qrupdur. Qrupun adında “Ölü” keçsə də, qrup üzvlərinin yaşı bir xeyli irəliləmiş olsa da, səhnədə, maşallah dipdiridilər... 

 

Rəhmətlik Şaiq Vəlinin ömrünün son günləriydi, dostlarla ziyarətinə getmişdik... Yeri ucmaq olsun... 


Sərdar Denktaşdır – Rauf Denktaşın oğlu – QKTC-nin önəmli sima­larından biri. – İstanbulda, Türk Dünyası Gənclik Günləri və Qurulta­yındayıq. 

 

Dünya Ələvilərinin lideridir – Albaniyadan Nevşəhrə – Hacı Vəli Bektaşi günlərinə gəlmişdi... Şəkil çəkdirmək təklifi, qaliba Kərküklü qardaşlarımızdan gəldi.)

Çingiz Aytmatovu sağlığında bir dəfə üzbəüz görmüşdüm, bu isə onun ideyası əsasında yaradılmış “Ruh bağı”nda, 2013-cü ildə çəkilib. 


“Fəxri gənc” qızıl döş nişanını alarkən çəkilib... Gənclər-İdman Nazirliyi ilə Gənclər Təşkilatları Milli Şurasının ortaq ödülüdür. 


“Azərbaycan Bayrağı” Ordenli əfsanəvi kəşfiyyatçı İbad Hüseynovla qardaşyana münasibətimiz var. Onun haqqında olan “Xüsusi təyinatlı” kitabının redaktoru olmuşam. 


Rəhmətlik Hamlet Kazımoğlunun məzarı başındayam... 31 yaşında, uzaq Rusiyada ürək tutmasından həyata vəda edən istedadlı şairimizin... O mənim ən yaxın dostum idi... Tanrının xoşuna getsin, onsuzluq zülümdür... 

 

“Şeirin İpək Yolu”nun “Venetsiya” ziyafətindəyik. 


Qırğız torpağındakı daş balbanları ziyarət edirəm.


2011-ci il, 6-cı ayın 6-cı günündə “Türk Dünyasında Ədəbiyyat... Ədəbiyyat(ımız)da Türk Dünyası” adlı 35 səhifəlik məruzəmi oxuyuram. Qaliba, 1 saat yarım çəkdi... ANAR müəllim o məruzə haqqında “Model məruzə” dedi. Nizami Cəfərov, Sabir Rüstəmxanlı, Fikrət Qoca, Arif Əmrahoğlu, Hikmət Babaoğlu və başqa önəmli aydınlarımız da yüksək sözlər söylədilər, sağ olsunlar. Onu deyim ki, bu məruzəni hazırlayarkən bütün digər hazırlıq günləri öz yerində, son iki günü rəsmən yatmamışdım... 

 

Baş nazirin müavini, Xalq Yazıçısı ELÇİN Türk Dünyası gənc və yeni nəsil yazarlarının Bakı Toplantısı iştirakçılarıdan bir qrupunu qəbul edir. Mən də təşkilatçı olaraq, bilgi verirəm... 


Hacı Vəli Bektaşinin məzarını ziyarət edirəm... Kəramətinə inandığım kişilərdəndir... 


Qırğız Respublikasının gənclər, əmək və məşgulluq naziri Aliasbek Alımkulov Ankarada Türk Dünyası Gənc Liderlər Toplantısının təntənəli açılış törənində bəndənizə ödül təqdim edir. 


Nevşəhirdəyik – Uluslararası Şeir Şölənində. Şerimizin SƏHƏRidir. Şölənsonrası əlinə də kitablarından götürüb, foyeyə enib. Anlaşılan, Şölən iştirakçılarından kimlərəsə kitab endirib, mən də “bu vaxtı kitabmı verərlər, sabaha qalsın” kimi bir iradda bulunuram, qaliba. – “Axşamın xeyrindən sabahın şəri yaxşıdır”.  


Ayaqüstə duran oğlum Əsgərdir. Şəkil ötən il çəkilib. Abituriyent olan vaxtlarıydı – qayğılı olduğunu hiss edirsiz. Şükür əməyi zay olmadı, ali məktəbə, dövlət ödənişli ixtisasa qəbul oldu.  


Ötən ilin son ayında İstanbulda (Uluslararası konfrans sonrası), Boğaşiçində çəklib. Hamısı ünlü simalardır, umarım tanıtıma ehtiyac yoxdur... 


NAYORA-nın Qurultayıdır. Bu təsisatın qurultaylarının çoxunun sədri olmuşam – ta 1997-ci ildən 2012-ci ilədək... – Yəni İntiqam Babayevin dövründən Fuad Muradovun dövrünədək.  


Gənclər Təşkilatlarının II Respublika Sərgisində, Əli müəllim bizim -Dünya Gənc Türk Yazarlar Birliyinin guşəsi ilə tanış olur, 2008-ci ildir. Aygün Həsənoğlu Əli müəllimə o qədər çox kitab təqdim etdi ki, Rəsmiyyə xanımın kitab təqdim etməyə vaxtı belə... qalmadı.) 


Ötən il Bişkəkdə çəkilib. Elşən Əzim, Mahir Qarayev və mən Türkcənin Uluslararsı Şeir Şölənində iştirak üçün Qırğız paytaxtındayıq. Qırığız böyükelçimiz HİDAYƏT müəllim sağ olsun, bizə qonaqlıq verir.  


“Gülüstan” Sarayında, Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qrurultayında çıxış edirəm. 


“Gənclər Evi”ndə Şahnaz Kamalın ilk kitabının təqdimatıdır.


İraqın vitse-prezidenti Adil Əbdül Mehdi cənablarının yaxasına "Azərbaycan Bayrağı" nişanı taxmışam, indi də üstü yazılı qələm bağışlayıram. 2010-cu ilin mart ayıdır – İraqa FÜZULİ ULUSLARARASI ŞEİR ŞÖLƏNİnə getmişdik. Şəkil “Səddamın Gümüş Sarayı“ adı ilə tanınan iqamətgahda çəkilib. 


Qəhrəman moldavan qızı Aurelio Qriqoriu Bakıya gələndə çəkdirmişik bu şəkli... 


Başıbəlalı Kırımdan olan dostum Seyran Süleymanla Bişkəkdə - “Ata Beyt”də Çingiz Aytmatovun məzarını ziyarət edirik. 


Türkiyənin tanınmış ədəbiyyatçı alimlərindən Ridvan Canım xoca ilə Bişkəkdə çəkdirmişik. 


“Qurdlar vadisi”nin “Testerə Nəcmisi”dir. Sumqayıtda – “TURAN”da çəkdirmişik. – Nəsə çəkilişləri vardı buralarda... 


ELÇİN müəllimə plaket təqdim edirik. 

 

Dünyaca ünlü Rauf Denktaş cənabları ilə görüşmək nəsibim olub. Yeri ucmaq (cənnət) olsun!  


2007-ci ilin ikinci ayının 1-ci günü... respublika gənclik ictimaiyyəti nümayəndələrinin Prezident İlham Əliyevlə görüşüdür. Cənab Prezidentə təqdim etdiyim - tərtibçisi olduğum kitab haqqında bilgi verirəm. 

 

 

Modern.az


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
Vasif Süleyman
04.04.2014, 10:09

Hər ikinizə sayğılar! Müsahibə alan da, müsahib də ürəyimin başında yer verdiyim ziyalılardır.

MAHİR QABİLOĞLU
05.04.2014, 11:38

Ustad oğlunun tövsiyyəsi uğurlu alınıb. 50 yaşda bundan da zəngin olsun

Vəsilə Möhsümova
21.05.2014, 08:55

Müasir Azərbaycanın sosial, mədəni həyatında çox önemli yeri və rolu olan Əkbər Qoşalı haqqında daha geniş materiallar və filmlər hazırlamaq olardı. Çünki ömrünü, gəncliyini işə, əməyə həsr etmiş Əkbər müəllimin zəngin həyat yolunun şahidləriyik. Sizə Tanrının insanlara verdiyi ən gözəl nemət olan can sağlığı arzu edir, Qarabağda qonağımız olmağını arzu edirəm Əkbər müəllim.

Cavid Şükürov
05.08.2014, 13:01

Uğur olsun, Ustad! Hər zaman qürur duyuruq!

hafiz
24.03.2015, 22:25

Əkbər adına layiq səfərə çıxıb. Onun bu qədər böyük işlərin iştirakçısı olduğunu bilmirdim. Onu öpür, cansağlığı və uğurlar diləyirəm. Kaş gəncliyimizi belə zəkalı, intellektual oğullar təmsil edəydi. Təəssüf ki, yolüstə olduğumdan ətraflı şərh yaza bilmirəm.

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Cümhuriyyəti devirənlərin aqibəti
26.04.2018, 15:10

Cümhuriyyəti devirənlərin aqibəti

Binəqədidə Zərifə Əliyeva ilə bağlı “Məlumat saatı” keçirildi   
26.04.2018, 15:02

Binəqədidə Zərifə Əliyeva ilə bağlı “Məlumat saatı” keçirildi  

İlham Əliyev Britaniyada mühüm görüşlər keçirdi
26.04.2018, 15:00

İlham Əliyev Britaniyada mühüm görüşlər keçirdi

Qəbiristanlıqlar bələdiyyələrə veriləcək   
26.04.2018, 14:52

Qəbiristanlıqlar bələdiyyələrə veriləcək  

Lütfi Zadənin qəbirüstü abidəsini hazırlayan heykəltəraş:  “Tamamilə fərqli olacaq”
26.04.2018, 14:47

Lütfi Zadənin qəbirüstü abidəsini hazırlayan heykəltəraş:  “Tamamilə fərqli olacaq”

Şahbaz Quliyev girovluqdan ailəsinə video göndərdi
26.04.2018, 14:36

Şahbaz Quliyev girovluqdan ailəsinə video göndərdi

Ermənistanda daha 3 nazir və 2 qubernator istefa verdi
26.04.2018, 14:35

Ermənistanda daha 3 nazir və 2 qubernator istefa verdi

İlham Əliyev Böyük Britaniyaya gedib
26.04.2018, 14:31

İlham Əliyev Böyük Britaniyaya gedib

Qanunsuz ağac kəsən 4 min manat ziyan vurdu 
26.04.2018, 14:09

Qanunsuz ağac kəsən 4 min manat ziyan vurdu 

Bakıda qəza oldu, tıxac yarandı - FOTO
26.04.2018, 13:56

Bakıda qəza oldu, tıxac yarandı - FOTO

Kaliforniyada azərbaycanlılar Beynəlxalq Mədəniyyət Mərkəzinin açılışına toplanacaq
26.04.2018, 13:42

Kaliforniyada azərbaycanlılar Beynəlxalq Mədəniyyət Mərkəzinin açılışına toplanacaq

Kreditlə arvad almaq?
26.04.2018, 13:37

Kreditlə arvad almaq?

Ermənistanın siyasi rəhbərliyi Rusiya ilə məsləhətləşmələr aparır
26.04.2018, 13:28

Ermənistanın siyasi rəhbərliyi Rusiya ilə məsləhətləşmələr aparır

Deputat sosial işin tədrisinə aid konfransda iştirak edib.
26.04.2018, 13:26

Deputat sosial işin tədrisinə aid konfransda iştirak edib.

Baş nazir müavinlərinin vəzifə bölgüsü - Kim hansı sahəni kurasiya edəcək...
26.04.2018, 13:17

Baş nazir müavinlərinin vəzifə bölgüsü - Kim hansı sahəni kurasiya edəcək...

Merkel İlham Əliyevi təbrik etdi 
26.04.2018, 13:16

Merkel İlham Əliyevi təbrik etdi 

Sabah havanın temperaturu 27 dərəcəyə YÜKSƏLƏCƏK
26.04.2018, 13:06

Sabah havanın temperaturu 27 dərəcəyə YÜKSƏLƏCƏK

“Xəzər” jurnalının növbəti sayının onlayn versiyası
26.04.2018, 13:05

“Xəzər” jurnalının növbəti sayının onlayn versiyası

800 metr plastik boru oğurladı, tutuldu
26.04.2018, 12:54

800 metr plastik boru oğurladı, tutuldu

Siyəzəndə kanalda qadın meyiti tapıldı
26.04.2018, 12:50

Siyəzəndə kanalda qadın meyiti tapıldı

Ermənistan parlamenti təcili iclas çağırdı
26.04.2018, 12:48

Ermənistan parlamenti təcili iclas çağırdı

Quldurluq edən 2 nəfər TUTULDU
26.04.2018, 12:31

Quldurluq edən 2 nəfər TUTULDU

Saakaşvili: “Paşinyanın artıq Moskva ilə problemləri var”
26.04.2018, 12:31

Saakaşvili: “Paşinyanın artıq Moskva ilə problemləri var”

Küveytlilər Azərbaycan mətbəxinə heyran qaldılar   
26.04.2018, 12:26

Küveytlilər Azərbaycan mətbəxinə heyran qaldılar  

Heydər Əliyev prospektində hərəkət məhdudlaşdırılır
26.04.2018, 12:16

Heydər Əliyev prospektində hərəkət məhdudlaşdırılır

Müəllimlərin işə qəbulu qaydaları yenilənəcək
26.04.2018, 11:54

Müəllimlərin işə qəbulu qaydaları yenilənəcək

Elmar Vəliyev şikayətləri dinlədi - FOTO - VİDEO
26.04.2018, 11:50

Elmar Vəliyev şikayətləri dinlədi - FOTO - VİDEO

İnam Kərimov “ASAN xidmət”in hansı direktorunu nazirliyə aparıb? - Rəsmi AÇIQLAMA   
26.04.2018, 11:49

İnam Kərimov “ASAN xidmət”in hansı direktorunu nazirliyə aparıb? - Rəsmi AÇIQLAMA  

Bakıda “Topaz”ı qarət edən şəxs tutuldu
26.04.2018, 11:44

Bakıda “Topaz”ı qarət edən şəxs tutuldu

Azercell-in Mobil Göz Klinikası öz fəaliyyətini davam etdirir
26.04.2018, 11:44

Azercell-in Mobil Göz Klinikası öz fəaliyyətini davam etdirir

“Samur” sərhəd-keçid məntəqəsində İran vətəndaşı piyadanı vurub öldürdü
26.04.2018, 11:40

“Samur” sərhəd-keçid məntəqəsində İran vətəndaşı piyadanı vurub öldürdü

Bakı sakinləri Ermənistandakı aksiyalara belə qiymət verdilər – VİDEO
26.04.2018, 11:34

Bakı sakinləri Ermənistandakı aksiyalara belə qiymət verdilər – VİDEO

Məşhurların övladları: General Oruc Zalovun polkovnik oğlu - DOSYE
26.04.2018, 11:26

Məşhurların övladları: General Oruc Zalovun polkovnik oğlu - DOSYE

Balaca rəqqasəmiz İtaliyada qalib oldu - FOTO
26.04.2018, 11:26

Balaca rəqqasəmiz İtaliyada qalib oldu - FOTO

Paşinyan Sarkisyanın keçmiş müttəfiqi ilə danışıqlar apardı
26.04.2018, 11:22

Paşinyan Sarkisyanın keçmiş müttəfiqi ilə danışıqlar apardı

ARXİV
SORĞU
Ali məktəblərə qəbul imtahanlarının qiymətlərinə necə baxırsınız?
İmtahan qiymətləri çox yüksəkdir(5.37%)
İmtahan qiymətləri normalıdr(4.30%)
İmtahan qiymətləri aşağıdır(2.15%)
Qiymətlər ləğv edilməli, imtahanlar pulsuz olmalıdır(69.8%)
İmtahan qiymətləri azaldılmalıdır(5.37%)
İmtahan qiymətləri artırılmalıdır(12.9%)