Modern.az

Şəmsəddin Hacıyev: "Deputat kimi fəaliyyətimi davam etdirmək istəyirəm"

Şəmsəddin Hacıyev: "Deputat kimi fəaliyyətimi davam etdirmək istəyirəm"

Parlament

4 İyun 2010, 16:41

Parlament seçkilərinin vaxtı yaxınlaşdıqca namizəd kimi bu marafonda iştirak etmək istəyənlər də tədricən gündəmə gəlirlər. Parlamentin hazırki deputatlarından bir çoxu da IV Çağırış Milli Məclisin üzvü olmaq arzularını gizlətmir. Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Dövlət İqtisad Universitetinin rektoru, YAP üzvü Şəmsəddin Hacıyev Modern.az-ın “yenidən namizədliyinizi verəcəksinizmi” sualını belə cavablandırıb: “Beş il ərzində çalışdım ki, üzərimə düşən bütün vəzifələri şərəflə yerinə yetirim. Fəaliyyətim təkcə elm, təhsil, qanunvericiliklə bağlı məsələlərdə məhdudlaşmır. Seçildiyim bölgədə seçicilərin problemləri ilə də məşğul olmuşam. Ona görə də bu istiqamətdə fəaliyyətimi davam etdirmək istərdim. Amma bu məsələ ilə bağlı son qərar partiyamızındır”.

Xatırladaq ki, Şəmsəddin Hacıyev 89 saylı Göyçay-Ağdaş seçki dairəsinin deputatıdır.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!