Modern.az

Qarabağ fotolarda: Məmməd Aslanı bəhanə edib dağla görüşən Süleyman Rəhimov

Qarabağ fotolarda: Məmməd Aslanı bəhanə edib dağla görüşən Süleyman Rəhimov

7 Aprel 2014, 10:11

Modern.az saytı “Qarabağ fotolarda” adlı layihəsini davam etdir. Bu layihədə Qarabağda müxtəlif vaxtlarda çəkilən fotolar və bu fotolarda əks olunan məşhur şəxsiyyətlər haqda məlumat verilir.
Bu dəfə təqdim etdiyimiz fotoşəkil Azərbaycanın ən səfalı yerlərindən birində çəkilib.

Ötən əsrin 70-ci illəri...  Sayılıb-seçilən yazıçı Süleyman Rəhimov Kəlbəcərə qonaq dəvət olunur. Yolunu gözləyənlər arasında Şahlar Əsgərov və Məmməd Aslan da var. Süleyman Rəhimovu hər şeydən artıq çoxdandır ki, görmədiyi Ağbulaq dağları maraqlandırır. Kəlbəcərlilər də yaxşı bilir ki, o, öz romanlarındakı dağın həsrətində idi.

Ağbulaq dağının ətəyində çəkilən bu fotonu Məmməd Aslan bu cür xatırlayır:

“Süleyman Rəhimov Kəlbəcərə gəlmişdi. Ağbulaq dağında olmağı könlündən keçirirdi. Onu Şahlar Əsgərov Kəlbəcərə dəvət etmişdi. Amma sonradan elə oldu ki, onu mən qarşılayası oldum. Ümumiyyətlə, Süleyman Rəhimov Kəlbəcəri çox sevirdi. Özünün doğma Qubadlıdakı Əyin kəndinin iyini burdan alırdı. O, bu dağların romançısı idi. Bir az gəzəndən sonra elin  ziyalı xanımlarından biri xəbər yolladı ki, nə durmusuz gəlin. Burada hər şey hazırlamışıq.
Bu şəkildə Kəlbəcərin Məmmədsəfili kəndinin yaxınlığında bir qayanın üstündəyik. Süleyman Rəhimov Kəlbəcərə gəlmişdi. Bir nəfərin həyətində 7 bulaq 3 şəlalə var idi. İndi görün nələr itirmişik...”.



Elmin Nuri

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir