Modern.az

Brejnevin yağlı öpüşləri... Baş katibə təslim olanlar və iyrənənlər - MARAQLI

Brejnevin yağlı öpüşləri... Baş katibə təslim olanlar və iyrənənlər - MARAQLI

30 Mart 2017, 13:56

Münasibət nöqteyi-nəzərindən insanların bir-biri ilə öpüşməsi mehribanlığı, səmimiyyəti əks etdirir. Sevgi öpüşləri də var. Bir də var Brejnev öpüşləri. Sovetlər birliyinin durğunluq illərinin müəllifi kimi yadda qalan Leonid İliç Brejnev düz 18 il SSRİ-nin baş kürsüsündə əyləşib. Bəzən anlaşılmaz siyasi gedişləri ilə çoxlarını təəcübləndirən Baş Katib bu 18 ildə yarızarafat, yarıgerçək bir çox hadisələrlə tarixin yaddaşına həkk olub. Azərbaycanı iri addımlarla irəlilədən, Olimpiada-80-nin uğurları ilə sevinən, dünya müharibəsinin qarşısının alınmasında oynadığı misilsiz rolu ilə öyünən, saatlarla uzun-uzadı çıxışlar edib özünü natiq kimi təqdim edən Leonid İliçin həyatında maraqlı məqamlar da az deyi

Bəlkə də Brejnev öpüşlərinə siyasi öpüşlər də demək olar. Amma yox... Çünki Brejnevin öpüşləri o qədər dərin idi ki, o hər şeyi, sevgini, səmimiyyəti, siyasəti də arxada qoyurdu.


Leonid İliç Brejnevin öpüşləri ilə dillər əzbəri idi. Bir dəfə sağ yanaqdan, bir dəfə sol yanaqdan, üçüncü dəfə isə qaçılması mümkün olmayan dodaqlardan. Bu cür öpüş qeyri-rəsmi adını da almışdı: “Brejnev öpüşü.” Hətta deyilənə görə Marqaret Tetçerin SSRİ-yə səfərinin ləngiməsinin səbəblərindən biri də xanım siyasətçinin bu öpüşlərdən yayınması olub.


Modern.az saytı SSRİ rəhbərinin məşhur şakəri haqda yazını təqdim edir.


Leonid İliçin on səkkiz illik rəhbərliyi dövründə onu bu günə kimi xatırladan “əməllər”indən biri də qaçılması mümkün olmayan öpüşləri olub. Brejnevin “üçmərtəbəli” öpüşlərinin söhbəti təkcə SSRİ-də deyil, sovetlər birliyinin hüdudlarından çox-çox uzaqlarda da gəzib. Ovqatını busələrlə xoş edən Baş katibin bu sahədəki cəhdləri bəzən boşa da çıxıb.



Baş katibin dodaqlarının havada qalması ilə bağlı hadisələrin biri 1971-ci ildə baş verib. Məhz həmin ildə sovet rəhbəri ilə Marqarit Tetçerin görüşü zamanı Brejnevin arzusu ürəyində qalıb. “Dəmir ledi” Leonid İliçin yağlı öpüşlərindən ustalıqla yayınmağı bacarıb. Həmin görüşdə iştirak edənlər Brejnevin necə məyus olduğunu açıq-aşkar hiss ediblər.


Brejnevin Rumıniya lideri ilə də öpüş məsələsində bəxti gətirməyib. Belə ki, Leonid İliçin rumıniyalı həmkarı Çauşesku qətiyyətlə SSRİ rəhbəri ilə öpüşməkdən imtina edib. O yeganə dövlət başçısı olub ki, tüpürcəkdən iyrəndiyini açıq şəkildə Leonid İliçə deməkdən çəkinməyib.


Kuba lideri Fidel Kastro Breynevin “sağ, sol və dodaq” öpüşlərindən yaxşı məlumatlı olduğundan ondan yaxa qurtarmaq üşün kifayət qədər beynini işlətməli olub. Fidel Kastro belə öpüşlərin öz ölkəsində lətifəyə və gülünc söz-söhbətə çevriləcəyini nəzərə alaraq əvvəlcədən öz işini ehtiyatlı tutub. O təyyarənin trapından düşən zaman qalın siqarını yandırıb dodaqlarının arasına qoyub. Beləliklə də Kastro Leonid Brejnev öpüşlərindən xilas ola bilib.


Leonid İliçin busələrini məmnunniyyətlə qəbul edənlər də az olmayıb. Öpüşməkdə Breynevdən heç də geri qalmayan Almaniya Demokratik Respublikasının lideri Erik Honnekerlə SSRİ rəhbərinin öpüşünü əks etdirən foto əsərlər öz cəlbediciliyi ilə Berlin divarlarını bəzəyib.


Könüllü öpüş qurbanlarından biri də Çexoslovakiya Kommunist partiyasının baş katibi Qustav Qusak olub. İki dövlətin liderləri xalqlar arasında dostluqlarını təkcə sənədlər üstündə yox, həm də öpüşləri ilə nümayiş etdiriblər.


Amerika Birləşmiş Ştatlarının 39-cu prezidenti Karter də könüllülər sırasında olub. Lider ölkələrin başçıları heç olmasa öpüşləri ilə dünyada sülhün bərqərar olunmasında həmfikir olduqlarını sübut etmək istəyiblər.



Bir neçə dəfə yolunu SSRİ-dən salan Fələstin lideri Yasir Ərəfat da Breynevin öpüşlərindən imtina etməyib. Çünki o, bu öpüşlərin nəticəsini görüb. Yasir Ərəfat Brejnevlə öpüşə-öpüşə Kremlin böyük etibarını qazanıb.


SSRİ ilə Yuqoslaviya arasındakı münasibətlərin möhkəmlənməsi naminə baş tutan öpüşmə mərasimi isə Yuqoslaviya liderinə baha başa gəlib. Brejnev Broz Titonu öpərkən həmkarının dodığını yaralayıb.


Leonid İliç xanım dövlət başçılarından da yan keçməyib. O, Hindistanın baş naziri İndira Qandi ilə də öpüşməyə müvəffəq olub. Hindistanlı siyasətçi xanım Brejnevin öpüşlərindən yaxa qurtarmaq cəhdinin mənasız olduğunu bilərək təslim olub.

İlham Cəmiloğlu   

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir