Milli Məclisin (MM) bu günkü iclasında deputat Fazil Mustafa çıxış edərək Azərbaycanda dərs ilinin başlama vaxtı ilə bağlı təklif irəli sürüb. F.Mustafa deyib ki, ölkədə tədris ilinin sentyabrın 15-dən deyil, 1-dən başlaması daha məqsədəuyğundur. O, fikrini belə izah edib ki, bütün müəllim və şagirdlər sentyabrın ilk 15 gününü boş yerə itirirlər.