Modern.az

Azay Quliyev: "Azərbaycanda xeyriyyəçilik fəaliyyətindən sui-istifadə edənlər var"

Azay Quliyev: "Azərbaycanda xeyriyyəçilik fəaliyyətindən sui-istifadə edənlər var"

Parlament

30 Sentyabr 2009, 12:40

Modern.az-ın məlumatına görə, parlamentin sentyabrın 30-da keçirilən ilk iclasında millət vəkili Azay Quliyev təklif edib ki, “Sosial sifariş haqqında” və “Xeyriyyəçilik fəaliyyəti haqqında” qanun layihələri Milli Məclisdə müzakirəyə çıxarılmalıdır.

A.Quliyevin sözlərinə görə, hər iki qanun layıhəsi barədə müzakirələrə ehtiyac var. Deputat xatırladıb ki, “Sosial sifariş haqqında” Qanun layihəsi əvəllər bir dəfə MM-də müzakirə olunsa da, sonradan unuduldu. “Xeyriyyəçilik fəaliyyəti haqqında” Qanunun qəbulunun zəruriliyindən danışan A.Quliyev bildirib ki, Azərbaycanda xeyriyyəçilik fəaliyyəti ilə ianə verməyı qarışdırırlar. Onun sözlərinə görə, bizı şəxslər xeyriyyəçilik fəaliyyəti adı altında öz maraqlarından çıxış edirlər: “Ona görə də “Xeyriyyəçilik fəaliyyəti haqqında” Qanunun qəbulu çox vacibdir”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir