Modern.az

“Ərik müharibəsi”

“Ərik müharibəsi”

8 İyun 2010, 09:29

Moskva və Düşənbə arasında “ərik müharibəsi” başlayıb. Modern.az BBC-yə istinadən xəbər verir ki, son günlər Rusiya Tacikistandan quru meyvə idxalını qadağan edib. Rusiyanın Baş Sanitar Xidməti Tacikistanda quru meyvə və səbzə idxalının dayandırılmasını bu ölkədə uşaqlar arasında polimielit xəstəliyinin aşkarlanması ilə izah edir. Rusiyanın bu qərarı tacik fermerləri üçün sarsıdıcı xəbərdir. Tacik müşahidəçilər isə hesab edir ki, “ərik müharibəsi” sırf siyasi çalara malikdir.

Tacikistandak Xucaband bazarı ölkənin quru meyvə alveri ilə məşhur olan ən qədim bazarı hesab olunur.  Orta Asiya regionu əsasən bu bazarla ticarət əlaqələri qurur. Məlumata görə, bu şəhərin əsasın vaxtilə İsgəndər qoyub.  Bazar əsasən ərik və uzüm qurusu ilə məşhurdur. Quru meyvələr əsasən Rusiyaya ixrac olunub.

 

Ümumdünya Səhiyyə Təşkilatının  məlumatına görə, Tacikistanda polimielit simptomu ilə 432 nəfər hospitala götürülüb.  129 nəfərdə polimielit  təsdiqlənib, bir nəfər isə artıq vəfat edib. Tacik sanitar həkimləri  qeyd edir ki, polimielitin tacik quru meyvələrinə heç bir aidiyyəti yoxdur..

 

Tacikistanda hesab edirlər ki, idxalın qadağan  olunması Moskvaın Düşənbəyə qarşı  təzyiq vasitəsidir. Ötən il Tacikistandan dəyəri 24 milyon dollar olan quru meyvə Rusiyaya  göndərilib. Bu işlə bir milyon tacik məşğul olur. Onların arasında qadın və uşaqlar da var  Son vaxtlara qədər Tacikistan bu sahədə Özbəkistan, Türkiyə, İran və Azərbaycanla rəqabət aparıb.

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi