Modern.az

Növbədənkənar sessiyada Baba Tağıyev İsraildən, İqbal Ağazadə müxalifətdən danışdı

Növbədənkənar sessiyada Baba Tağıyev İsraildən, İqbal Ağazadə müxalifətdən danışdı

Parlament

8 İyun 2010, 12:54

Modern.az xəbər verir ki, iyunun 8-də Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası başlayıb. İclasın gündəliyinə 11 məsələ salınıb ki, onlardan biri də Azərbaycan Respublikasının hərbi doktrinasının layihəsidir.

Gündəlik müzakirə olunmazdan öncə, millət vəkili İqbal Ağazadə qarşıdan gələn seçkiləri nəzərdə tutaraq Seçki Məcəlləsinə dəyişiklik olunmasını təklif edib. Deputat deyib ki, «Sərbəst toplaşmaq azadlığı» haqqında qanuna əməl olunmur. Belə ki, müxalifət partiyaları kütləvi aksiyalar keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edir, lakin hər dəfə meriyadan eyni cavab alırlar.

  Çıxış edən digər deputat Baba Tağıyev isə İsrailin Qəzzaya humanitar yardım aparan gəmi karvanına hücumunu pisləyib. O, həmçinin bildirib ki, Qurtuluş günü üçün xalq hər zaman Heydər Əliyevə borcludur. B.Tağıyev deyib ki, 1918-ci ildə Bakını düşmənlərdən azad edən Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın Azərbaycan xalqına böyük xidmətləri olub. “Azərbaycanda Nuru Paşaya mütləq abidə qoyulmalıdır”.

Millət vəkili Siyavuş Novruzov isə bildirib ki, Azərbaycanda seçkilərə qatılmaq istəyən şəxslərin namizədlikləri ən asan yolla qeydə alınır. Siyavuş Novruzov müxalif partiyalarının aksiya keçirmək məsələsinə də toxunub. O qeyd edib ki, müxalif partiyalar  öz istədikləri yerdə aksiya keçirmək istəyirlər ki, bu da onların sosial bazasının yoxluğundan xəbər verir. Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı