Modern.az

Azərbaycanın ilk Hərbi Doktrinası qəbul edildi

Azərbaycanın ilk Hərbi Doktrinası qəbul edildi

8 İyun 2010, 16:23

Modern.az xəbər verir ki, iyunun 8-də Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasında Azərbaycan Respublikası üçün ciddi bir məsələ-Hərbi Doktrina layihəsi müzakirəyə çıxarılıb.

Qeyd edək ki, layihə bundan öncə parlamentin Təhlükəsizlik və müdafiə komitəsində müzakirə olunub. Sənəddə ölkənin hərbi təhlükəsizliyinə əsas təhlükə kimi Ermənistanın işğalçı mövqeyi və irticaçı siyasəti göstərilib.

İclasda layihəni deputatlara Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov təqdim edib. O, deyib ki, layihənin 8 bölmə və 75 maddədən ibarətdir. Ziyafət Əsgərov vurğulayıb ki, hərbi doktrina hərbi təhlükəsizliyə təhdidlərin vaxtında aşkarlanması, təhlil edilməsi, qiymətləndirilməsi, qarşısının alınması, onlara yetərli müqavimətin göstərilməsi, dövlətin, əhalinin və ərazinin müdafiəyə hazırlanması, səmərəli hərbi təhlükəsizlik sisteminin yaradılması, müharibə və silahlı münaqişələrin qarşısının alınması, silahlı təcavüzün dəf edilməsi ilə bağlı məsələlərə dair Azərbaycan Respublikasının mövqeyini əks etdirir.

Onun sözlərinə görə, layihə hazırlanarkən bir sıra ölkələrin təcrübəsi, BMT-nin sənədləri nəzərə alınıb.

Sənədin müzakirəsi yekunlaşandan sonra Milli Məclis Azərbaycanın ilk Hərbi Doktrinasını qəbul edib. Səsvermədə 110 deputat sənədin lehinə, 2 millət vəkili əleyhinə, 1 nəfər isə bitərəf olub. Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir