Modern.az

“Azerfon-Vodafone” 7-ci Satış və Xidmət Mərkəzini açıb

“Azerfon-Vodafone” 7-ci Satış və Xidmət Mərkəzini açıb

8 İyun 2010, 18:10

Yeddinci “Azerfon-Vodafone”Satış və Xidmət Mərkəzinin açılışı Bakı şəhərində yeni açılmış Park Bulvar ticarət mərkəzində keçirilib. Bu Mərkəzdə abunəçilər Azerfon-Vodafone şəbəkəsinə qoşulmaq, yüksək səviyyəli müştəri xidmətlərindən yararlanmaq və ya təqdim olunan geniş çeşidli xidmətlər və tarif planları haqqında  ətraflı məlumatı əldə edə bilərlər.

 

Yalnız Azerfon-Vodafone istifadəçiləri video-zəng, verilənlərin yüksək sürətlə ötürülməsi, təkmilləşdirilmiş səs keyfiyyəti, habelə genişləndirilmiş əhatə dairəsi kimi 3G xidmətlərindən bəhrələnə biləcək ilk Azərbaycan abunəçiləridir.

 

Azerfon-Vodafone brendi altında təqdim olunan xidmətlər 077 prefiksilə təqdim olunur. Vodafone şirkəti ilə tərəfdaşlıq Azerfon-a Vodafone-nun bir sıra qabaqcıl məhsul və xidmətlərini Azərbaycan istifadəçilərinə təqdim etməyə, həmçinin 3G xidmətlərinin bütün üstünlüklərində bəhrələnməyə imkan verir.

 

Hal-hazırda, Azerfon-Vodafone Mərkəzləri Bakı, Gəncə və Naxçıvan şəhərlərində fəaliyyət göstərir. Abunəçilərin rahatlığını təmin etmək məqsədilə yeni Azerfon-Vodafone mərkəzləri Azərbaycanın digər şəhərlərində də açılacaq. 3G şəbəkəsi Azərbaycanın böyük şəhərlərində - Sumqayıt, Şirvan, Mingəçevir, Şəki, Tovuz, Şəmkir, Abşeron yarımadasında təqdim olunacaq.

 

 

“Azerfon” MMC öz kommersiya fəaliyyətinə 21 mart 2007-ci il tarixində “Nar Mobile” ticarət nişanı ilə başlayıb. “Azerfon” şəbəkəsi Azərbaycan Respublikasının 80%-ni əhatə edir. Hal-hazırda Azerfon şəbəkəsindən 1 600 000-dən çox abunəçi istifadə edir. 2009-cu ildə “Azerfon” MMC və “Vodafone” şirkəti arasında qeyri-səhmdar tərəfdaşlıq müqaviləsi imzalanıb. 02.12.2009 tarixində “Azerfon” MMC ölkədə 3G texnologiyaları xidmətlərinin göstərilməsi üçün lisenziya alıb. Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!