Modern.az

Azay Quliyev Hərbi Doktiranın milli, regional və qlobal tərəfləri barədə

Azay Quliyev Hərbi Doktiranın milli, regional və qlobal tərəfləri barədə

8 İyun 2010, 19:26

Modern.az xəbər verir ki, Mili Məclisin növbədənkənar sessiyasının bugünki iclasında Hərbi Doktiranın müzakirəsi zamanı depuat Azay Quliyev sənədin milli, regional və qlobal tərəflərindən danışıb. O qeyd edib ki, bu sənəddə Azərbaycanın hərbi məsələlərinin dəqiq çərçivəsi göstərilib.

Azay Quliyev deyib: “Ciddi strukturlaşma bu sənəddə öz  əksini tapıb. Hərbi Doktirina elə bir sənəddir ki,  burada milli, regional və qlobal məsələlər əks olunur. Mən daha çox milli məsələlədən danışmaq istəyirəm. Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti burada faktlarla qeyd olunub. Ona görə də bu sənəd milli baxımdan da diqqətə layiqdir. Hesab edirəm ki, Hərbi Doktrinanın qəbulundan sonra torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində işlər də nəticə etibari ilə özünü göstərəcək”. Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?