Modern.az

“Namizədliklərini özbaşına irəli sürən YAP-çıları dəstəkləməyəcəyik”

“Namizədliklərini özbaşına irəli sürən YAP-çıları dəstəkləməyəcəyik”

Parlament

8 İyun 2010, 19:56

Yeni Azərbaycan Partiyası (YAP) builki parlament seçkisində namizədlərini müəyyənləşdirmək üçün regionlarda, dairələrdə araşdırmalar aparır. Məqsəd mümkün namizədlərdən kimin seçilmək şansının çox olduğunu, alternativlərin kimlər ola biləcəyini müəyyənləşdirməkdir.

YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Modern.az saytına açıqlamasında bildirib ki, partiya qarşıdan gələn parlament seçkilərində namizədliklərini rəhbərliklə razılaşdırmadan irəli sürən YAP üzvlərini dəstəkləməyəcək.

Siyavuş Novruzov deyib: “Hələlik bu məsələ ilə bağlı partiyamızıda müzakirələr aparalır. Yalnız onu deyə bilərəm ki, öz namizədliyini YAP-la razılaşdırmayan partiya üzvü qərarlamıza qarşı çıxmış olur, ona görə də bizim üçün həmin namizədlərin siyasi yönü olmayacaq, yaxud digər partiyadan olan namizədlərdən fərqlənməyəcək. Ancaq istənilən YAP-çının hər hansı bir dairədən öz namizədliyini irəli sürmək hüququ var. Təbii ki, bu hüququ kimsə ala bilməz. Sadəcə biz belə namizədləri dəstəkləməyəcəyik”.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər