Modern.az

“Yaxın zamanlarda bir sıra ölkələrin parlamenti Ermənstanı ifşa edən qərar qəbul edəcək"

“Yaxın zamanlarda bir sıra ölkələrin parlamenti Ermənstanı ifşa edən qərar qəbul edəcək"

9 İyun 2010, 12:16

“Almaniya və İtaliya parlamentinin Azərbaycanın işğal olunmuş torpaqlarının Ermənistan tərəfindən azad edilməsi ilə bağlı qərarları dövlət başçısı İlham Əliyevin apardığı daxili və xarici siyasi kursun nəticəsidir. Dövlət başçısı bir müddət öncə həm Almaniyada, həm İtaliyada rəsmi səfərlərdə olub, orada çox yüksək səviyyədə görüşlər keçirib. Dövlət başçısının bizlər qarşısındakı tapşırıqlarından biri odur ki, parlamentlərarası dostluq əlaqələrinin qurulmasına öz töhfəmizi verək”. Bu fikirləri jurnalistlərə açıqlamasında millət vəkili, Gənclər Təşkilatları Milli Şurasının sədri Fuad Muradov bildirib. Onun sözlərinə görə, Almaniya Bundestaqı tərəfindən bu yöndə addım atılarkən belə bir sual olmuşdu ki, bunun davamı olacaqmı? “Mən də o zaman qeyd etmişdim ki, bu istiqamətlə işlərimizi davam etdiririk. Növbəti addım İtaliya parlamenti tərəfindən gəldi. Bunun ardınca isə Avropa Parlamenti öz tarixində ilk dəfə olaraq, Ermənistanı təcavüzkar bir dövlət kimi tanıdı və öz üzv ölkələrinə bu yöndə konkret addımlar atmağı tövsiyə etdi. Bu artıq onu göstərir ki, Avropa Azərbaycanın Qarabağ problemini anlamağa başlayıb. İlk dəfə olaraq Avropa parlamentariləri işğalçını işğalçı kimi, işğala məruz qalanı işğala məruz qalan kimi etiraf ediblər. Hesab edirəm ki, bu addımlar Qarabağ probleminin tezliklə ədalətli çözümünə öz töhvəsini verə bilər”.

Deputat onu da qeyd edib ki, yaxın zamanlarda daha bir neçə ölkənin parlamenti tərəfindən Ermənistanın Azərbaycan torpaqlarını işğalını pisləyən, işğal olunmuş ərazilərdən erməni hərbi birləşmələrinin qeyd-şərtsiz çıxmasını tələb edən qətnamələrin qəbul edilməsi gözlənilir: “Hələlik məsələlər başa çatmadığı üçün həmin ölkələrin adlarıını çəkməyi məqsədəuyğun bilmirəm. Ancaq birmənalı olaraq qeyd etmək istəyirəm ki, yaxın zamanlarda bu yöndə növbəti addımların şahidi olacağıq”.

Qarşıdan gələn parlament seçkilərində iştirak məsələsəsinə gəlincə, F.Muradov bildirib ki, seçkilərə az qalmış sorğular keçirəcəklər: “Bundan sonra ola bilər ki, indi deputat seçildiyim  ya da digər ərazidən namizədliyimi irəli sürməyə qərar verdim.  Hələlik bu barədə konkret fikir söyləmək bir qədər tez olardı”.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi