Modern.az

AVCİYA seçkilərlə bağlı reqionlarda tədbirlərə başladı

AVCİYA seçkilərlə bağlı reqionlarda tədbirlərə başladı

Qarabağ

9 İyun 2010, 13:56

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası  (AVCİYA)  Seçki Qərargahı fəlaiyyət proqramına uyğun olaraq   Azərbaycan Respublikasında  keçiriləcək  07 noyabr 2010 – cu il Milli Məclisə  seçkilərlə əlaqədar    regionlarda fəaliyyətinin daha da gücləndirib.  Modern.az-a verilən məlumata görə, ilk tədbir AVCİYA – nın Xaçmaz şəhərində yerləşən regional ofisində keçirilib. Tədbirdə AVCİYA Seçki Qərargahının cari ildə reqionlarda görəcəyi işlər müzakirə edilmişdir. Seçki qərargahının rəhbəri M. Zülfüqarlı bildirib ki,  AVCİYA bununla bağlı işini üç mərhələdə qurmağı planlaşdırır. İlk növbədə assosiasiyanın reğional ofislərinin işinin  parlament   seçkilərinə uyğunlaşdırılası,  növbəti mərhələdə reqionlarda seçici fəallığının artırılması üçün seminarların keçirilməsi nəzərdə tutulur. Üçüncü mərhələdə isə müşahidəçilər üçün treniqlər keçiriləcək. Növbəti tədbrlərin Şirvan, Ağsu, Lənkəran, Zaqatala, Oğuz, Gəncə, Goranboy reqional ofislərində keçirilməsi nəzərdə tutulur. Digər mərhələlərdə tədbirlər daha geniş miqyasda keçiriləcək və daha çox rayonu əhatə edəcək. Növbəti mərhələdə seçki müşahidəçiləri üçün Yaddaş kitabçalarının  nəşr olunub yayılması da planlaşdırılır. Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!