Modern.az

Jurnalistlər seçkiyə gedirlər…

Jurnalistlər seçkiyə gedirlər…

9 İyun 2010, 14:41

Təkcə seçici kimi deyil, həm də namizəd olaraq

Bu il noyabrın 7-də Milli Məclisə keçiriləcək parlament seçkilərinə aid mövzular tədricən gündəmi zəbt etməyə başlayıb. Ölkə seçkiyə hazırlaşır, vaxt daraldıqca bu marafonla bağlı yeniliklər, sürpriz namizədlər də ortaya çıxacaq. Proqnozlara görə, builki  parlament seçkilərinə maraq həddindən artıq böyük olacaq.

Namizəd kimi bu marafonda iştirak etmək istəyənlər də tədricən gündəmə gəlirlər. Artıq bəzi siyasi fiqurlar, partiya funksionerləri, tanınmış simalar namizədliklərini irəli sürəcəkləri seçki dairələrinu də müəyyənləşdirdiklərini élan ediblər. Gözlənildiyinə görə, builki seçkilərdə namizədliyini irəli sürəcək şəxslər arasımda jurnalistlər də olacaq. Ölkənin bəzi tanınmış jurnalistləri seçkidə iştirak niyyətini gizlətmir, bəziləri bu haqda fikirləşdiyini və situasiyadan asılı olaraq qərar verəcəyini deyir. Modern.az saytının məlumatına görə, noyabrın 7-də keçiriləcək seçkilərdə Parlament Jurnalistləri Birliyinin (PJB) bəzi üzvləri də namizəd olaraq iştirak etmək haqda qərar verib. Təşkilatdan bildirilib ki, artıq PJB-nin üzvü olan 4 jurnalist namizədliyini irəli sürməyi özləri üçün qətiləşdiriblər. Adım Qorxmaz

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı