Modern.az

Naxçıvan Televiziyasının bütün Azərbaycana yayımlanması üçün müraciət edildi

Naxçıvan Televiziyasının bütün Azərbaycana yayımlanması üçün müraciət edildi

Ölkə

30 Sentyabr 2009, 14:05

Milli Məclisin deputatı Eldar İbrahimov Naxçıvan Televiziyasının bütün Azərbaycana yayımlanması üçün aidiyyatı qurumlara müraciət edib. E.İbrahimov müraciətini bu gün parlamentin payız sessiyasının ilk iclasında da səsləndirib. Onun sözlərinə görə, bir müddət öncə Muxtar Respublikanın 85 illiyi ilə bağlı tədbirlər Naçıvan Televiziyası ilə yayımlansa da, Azərbaycan Respublikasında çoxlarının bundan xəbəri olmadı. E.İbrahimovun fikincə, Ermənistanın blokadasında olan Naxçıvandakı ictima-siyasi tədbirlərin Azərbaycan Respublikasında, eləcə də dünyaya yayımlanmasının əhəmiyyəti böyükdür. Millət vəkili aidiyyatı qurumlara müraciət edərək Naxçıvan Televiziyasının Azərbaycanın hər yerinə yayımını təmin etməyə çağırıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı