Modern.az

Spiker Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti Kiprə gedir

Spiker Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti Kiprə gedir

Parlament

9 İyun 2010, 17:02

Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti iyunun 10-da Kiprə səfər edəcək. Bu barədə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov  iyunun 9-da keçirdiyi brifinqdə məlumat verib. A.Nəsirovun sözlərinə görə, Oqtay Əsədov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) üzvü olan ölkələrin parlament sədrlərinin iyunun 10-12-də Kiprin Limassol şəhərində keçiriləcək Avropa konfransında iştirak edəcək.

Konfransda “Parlamentdə müxalifətin hüquq və vəzifələri”, “Milli parlamentlər, beynəlxalq insan hüquqları, diskriminasiyaya qarşı prinsiplərin həyata keçirilməsi” və digər mövzularda müzakirələr keçiriləcək.

Səfər çərçivəsində AŞPA üzvü olan ölkələrin parlamentlərinin baş katiblərinin iclası da keçiriləcək. Kiprə  gedəcək nümayəndə heyətinin tərkibinə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov daxildir.

Modern.az
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi