Modern.az

Fəzail Ağamalı: “Cavid Qurbanov kimi kəlbəcərlilərin qayğısına qalan ikinci kəlbəcərli tanımıram”

Fəzail Ağamalı: “Cavid Qurbanov kimi kəlbəcərlilərin qayğısına qalan ikinci kəlbəcərli tanımıram”

9 İyun 2010, 19:15

Modern.az saytı xəbər verir ki, bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin Seçki Məcələsi ilə bağlı plenar iclasa tövsiyyə etdiyi dəyişikliklər siyasi partiyalar tərəfindən birmənalı qarşılanmayıb. Komitənin üzvü, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının saytımıza açıqlamasında sözügedən məsələyə münasibət bildirib. Deputat öncə qeyd edib ki, istər seçki komissiyalarının üzvlərinin maddi təminatı, istər onların fəaliyyətinin normal şəkildə reallaşması MSK-nın xətti ilə həyata keçirilir: “Konkret olaraq parlament seçkilərində qeydiyyata alınan hər bir nazmizədə 200 manat ona görə verilirdi ki, namizədliyi qeydə alınan Azərbayan vətəndaşı seçki kampaniyasında özünün təbliğat və təşviqat məsələlərini həll etmək üçün bundan istifadə etsin. Bu məbləğlə uzaq başı 500-600 plakat dərc etdirmək olardı.

Bilirsiniz, parlament seçkiləri uzun sürən prosesdir. Burada imza toplanmasından tutmuş, təbliğat və təşviqat kampaniyasına qədər bir komanda mövcud olur. Hər bir namizəd maliyyə resursunu səfərbərliyə alır. Parlament seçkiləri öncəsi, ancaq təbliğat və təşviqat prosesinə xərclənmiş olan vəsaitin müqaqbilində 200 manat demək olar ki, hardasa qəpik qədər ciddi dəyərə malik olmur. Ona görə də əslində, bu o qədər böyük maliyyə dəstəyi deyil”.

Deputat bu dəyişikliyin məntiqi olduğunu deyir: “Çünki ötən parlament seçkilərində bir çox namizədlər özünün qohum və əqrabasını səfərbərliyə alaraq 450 imza ilə sənədlərini dairə seçki komissiyasına təqdim etdi və komissiya da onları qeydiyyata aldı. Həmin namizədlərin əksəriyyəti gedib evdə oturdular. Heç bir təbliğat və təşviqat aparmadılar. 200 manatı da seçkidən başqa hər şeyə xərclədilər.

 

200 manat deputat seçilmək üçün güclü və ciddi maliyyə dəstəyi deyil. Burada başqa bir məntiq da var. Daha çox maliyyə vəsaiti ayırmaqla onlara maliyyə dəstəyi vermək mümkündürmü? Məncə, yox. Bu, mümkün deyil. Yüksək məbləğ alan namizəd pulu aldıqdan sonra heç bir iş görməyəcək. Beləliklə, seçkilərdə iştirak etmək istəyən namizədlərin arasında həqiqi bir rəqabət mühitinin yaradılmasında ciddi problemlər yaranır. 200 manatı alıb, qeydiyyata alınan namizəd əsl namizədlər arasında manevr edir və guya özünün imkanlarını digərinə verir, əvəzində təmmanada olur. Həmin şəxs bir sıra hallarda istəyinə nail olur.

Düşünürəm ki, 200 manatı qazanmaq məqsədilə seçki prosesinə qoşulan insanlardan xilas olmaq üçün atılan bu addım çox düzgündür”.

“Bu dəyişiklik deputatlığa namizədlərin sayını azaldacaqmı” sualına AVP sədri bunu istisna etməyib: “Azərbaycanda 200 manata görə seçkilərə qatılan insanlar kifayət qədər idi. Eyni zamanda, mən seçildiyim dairədə də bunun şahidi olmuşam.

Depuatatlıq iddiasında o şəxslər olmalıdır ki, onlar cəmiyyətdə kifayət qədər tanınırlar. Həmin insan istər siyasət də, istərsə də iqtisadi məsələlərdə peşəkar olmalıdır”.

 

Sənəddə təbliğat və təşviqat üçün müddətin azaldılmasının məcburi köşkün rayonlardan olan namizdlərə mane olacağı barədə deyilənlərə gəlincə, deputat bildirib ki, bu gün Azərbaycanda hər kəsin mətbuatdan məlumat almaq imkanları var: “O adamlar deputat olmaq iddiasında olmalıdırlar ki, bu və ya digər regionda əhalinin 30-40%-i həmin şəxsi tanıyır.

Ölkə Prezidentinin həyata keçirdiyi siyasət nəticəsində məcburi köçkünlərin ayrı-ayrı yerlərdə - yataqxanalarda, çadırlarda yaşamasına son qoyulub. Məsələn, Kəlbəcər qaçqınlarının böyük əksəriyyəti Gəncə, Naftalan və paytaxtın Nərimanov rayonu ərazisində məskunlaşıb. Bəziləri də özləri üçün ev tikib, yaşayırlar.

Məncə, ötən seçkidə Kəlbəcərdən deputat seçilən Cavid Qurbanov Kəlbəcər camaatının qayğısına qalan, öz imkanları daxilində onların problemlərinin həllinə yardım göstərən şəxsdir.

Onun xidmətləri bununla bitmir. Cavid Qurbanov  bu gün yolların çəkilişində və infrastrukturun yaradılmasında vətənpərvər bir insan kimi böyük işlər görür. İndi soruşuram,

namizədliyini vermək üçün Cavid Qurbanov el-obanı gəzməlidir? O Dədə Şəmşirin nəvəsidir. Onun babası, atası el ağsaqqalı olub. O da təbii ki, babasına bənzəyib. Cavid Qurbanovun nəsilini-kökünü kəlbəcərlilər tanıyır.

Ancaq Cavid Qurbanov namizədliyini verməzsə, gərək onun səviyyəsində, onun kimi tanınan bir şəxs namizədliyini versin

Qoy Kəlbəcər camaatı məndən inciməsin. Mən Cavid Qurbanov kimi bu gün kəlbəcərliləri müdafiə edən, onların qayğısına qalan ikinci bir kəlbəcərli tanımıram. Mən obyektiv müşahidələrimə əsasən bunları deyirəm. Bunun üçün kifayət qədər də arqumentim var”.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir