Modern.az

“Qarabağ regionu üzrə deputat fraksiyası yaradılsın”

“Qarabağ regionu üzrə deputat fraksiyası yaradılsın”

Parlament

30 Sentyabr 2009, 14:57

Milli Məclisin deputatı Zahid Oruc parlamentdə Qarabağ regionunu təmsil edən deputat fraksiyasının yaradılması təklifilə çıxış edib. O, bu təklifi Milli Məclisin sentyabrın 30-da keçirilən iclasında səsləndirib. Zahid Oruc bildirib ki, hazırda fəaliyyət göstərən “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi ilə yanaşı Qarabağ regionundan seçilmiş deputatlardan ibarət qrupun təşkili vacib məsələdir. Adı çəkilən ictimai birliyin fəaliyyətini və dövlət tərəfindən ona lazımi dəstəyin göstərilməsini təqdir edən millət vəkilinin fikrincə, Milli Məclisdə deputat fraksiyası yaradılandan sonra ona beynəlxal konfranslarda iştirak etmək imkanı verilməlidir: Z.Oruc hesab edir ki, Qarabağ regionunu təmsil edən deputat fraksiyasının beynəlxal konfranslarda iştirakı Dağlıq Qarabağ probleminin həlli istiqamətində Azərbaycana əlavə dvidentlər gətirə bilər.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı