Modern.az

Daha 8 mətbu orqan "reket" elan ediləcək

Daha 8 mətbu orqan "reket" elan ediləcək

10 İyun 2010, 16:23

Bu gün Azərbaycan Mətbuat Şurasının «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının və Şura tərkibində yaradılan «apellyasiya qrupu»nun birgə iclası keçirilib.

 

Modern.az xəbər verir ki. iclası açan komissiya və qrupun rəhbəri, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, MŞ İdarə Heyətinin qərarına əsasən bu il fevralın 18-də yaradılan qrupun məqsədi adları Şuranın «qara siyahı»sında yer alan mətbu nəşrlərin siyahıdan çıxarılması ilə bağlı müraciətlərinə baxmaqdır. Onun sözlərinə görə, indiyədək qrupa 20-dən çox məktub daxil olub. Həmin məktublardan 5-ə qədəri araşdırılıb. 

«Qara siyahı»da yer alan mətbu vasitələrin oradan çıxarılmasının MŞ-nin «Reket nəşr»lərin müəyyənləşdirilməsinə dair Təlimatı»nın tələblərinə uyğun şəkildə aparlımasının zəruriliyini vurğulayan «apellyasiya qrupu»nun üzvləri siyahıdakı KİV-lərin bu istiqamətdəki cəhdlərinin, xüsusən də hazırkı fəaliyyətlərinin də nəzərə alınmasının vacibliyini önə çəkiblər.

 

İclas iştirakçıları «Fakt», «Açıq fikir», «Həqiqət və reallıq», «Bizim lider» və «Qərb xəbərləri» qəzetləri ilə əlaqədar toplanmış materialları bir daha nəzərdən keçiriblər. Qərara alınıb ki, sözügedən KİV-lərlə bağlı araşdırmaların birinci mərhələsi yekunlaşdırıla bilər. Yekun qərarın qəbulu üçün Şuranın İdarə Heyətinə müvafiq rəy təqdim olunması məqsədəuyğun sayılıb.

 

İclasda «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının son iki aydakı araşdırmaları ətrafında da müzakirələr aparılıb. Komissiya etik prinsiplərə sayğısızlıq və peşə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə yol verən daha 8 KİV barədə təqdimatın İdarə Heyətinə verilməsi barədə rəy çıxarıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir