Modern.az

İnternetlə məzar ziyarəti

İnternetlə məzar ziyarəti

10 İyun 2010, 17:52

Modern.az saytının xarici mətbuata istinadən verdiyi məlumata görə, Honqkonqda qurulan internet səhifəsinin köməkliyi ilə insanlar itirdikləri şəxslərə sayğılarını məzar başına getmədən çatdıra biləcəklər.

7 milyonluq Honqkonqda ölülər üçün əlavə yer yoxdur. Yandırılanların külləri özəl məkanlarda saxlanılır. Boş ərazi olmadığından da son illərdə çox az insan dəfn edilir. Hökumət isə bu yeni vasitənin tətbiq edilməsində yer darlığının təsiri olmadığı söyləyir. Yeni vasitə ilə istəyənlər hökumətin qurduğu internet səhifəsində yaxınlarının adına bir səhifə aça biləcək. Səhifədə həyatını itirən şəxsin şəkli ilə yanaşı keçmişi də əksini tapacaq. Ayrıca ölüyə sayğılarını bildirmək üçün istəyənlər səhifəyə çiçək və ya şam da əlavə edə biləcəklər. Hətta Çin adətlərinə uyğun olaraq ölümdən sonrakı həyatda ehtiyac olur deyə, qızarmış donuz və pul da vermək mümkündür.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...