Modern.az

Özlərini tanıtmaq istəyən qadınlar üçün yeni tribuna-«Business Lady»

Özlərini tanıtmaq istəyən qadınlar üçün yeni tribuna-«Business Lady»

10 İyun 2010, 19:53

st1:*{behavior:url(#ieooui) }

Bu günlərdə Bakıda «Business Lady» adlı yeni jurnalın ilk sayı işıq üzü görüb. Dərginin əsas məqsədi cəmiyyətdə gender balansının formalaşmasına və qorunub saxlanmasına yönəlik maarifçilik və təbliğat fəaliyyətidir. Məlum olduğu kimi, artıq cəmiyyətdə yeni bir obraz -iş qadını obrazı formalaşıb. Lakin bu obraz heç də hamıya tanış deyil. «Biznes Ledi»nin amalı da bizneslediləri cəmiyyətə tanıtmaqla, onların uğurlu karyeraya aparan yolunu izləməklə digər həmcinslərinə də örnək ola bilmələrinə nail olmaq, bir sözlə, qadını həm özünə, həm də kişilərə tanıtmaqdır.

Jurnalın bənzərsizliyi, layihənin orijinallığı isə ondadır ki, «Business Lady» nəfis tərtibatda çap variantı ilə yanaşı, həm də video formatda DVD variantda hazırlanır. Yəni, jurnalla birlikdə təqdim olunan DVD-də çap varinatındakı materialların video variantına (müsahibələr, süjetləşdirilmiş yazılar, rəylər, münasibətlər, məsləhətlər və s.) da baxmaq olar. Bu isə həm yaradıcılıq imkanları, həm də qoyulan məsələlərin orijinal təqdimatı baxımından faydalı yenilikdir.

Layihənin müəllifləri tərəfindən gələcəkdə daha da təkmilləşdirilməsi nəzərdə tutulan digər istiqamət nəinki media qurumları, ümumilikdə cəmiyyət tərəfindən unudulan gözdən əlil insanlar üçün kiçik də olsa, bir yenilik təqdim etmək cəhdidir.

Həmçinin, jurnalın səhifələrində, təqdim olunan videomateriallarda oxucuları və tamaşaçıları maraqlı sürprizlər də gözləyir.

«Business Ledy» yayım yerlərində DVD ilə birgə 4 manata satılır.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır