Modern.az

Prezident sərəncam verib, jurnalistlər mükafatlandırılacaq

Prezident sərəncam verib, jurnalistlər mükafatlandırılacaq

Media

11 İyun 2010, 09:10

Prezident İlham Əliyev milli mətbuatımızın 135 illik yubileyinin geniş qeyd olunmasını təmin etmək məqsədi ilə sərəncam imzalayıb. 2010-cu ildə zəngin tarixi ənənələrə malik Azərbaycan milli mətbuatının 135 ili tamam olur.

 

1875-ci il iyulun 22-də görkəmli maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlayan "Əkinçi" qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olub.  

 

Sərəncama müvafiq olaraq, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Mətbuat Şurası ilə birlikdə Bakı şəhərində və respublikanın bölgələrində yubiley tədbirlərinin keçirilməsini təmin etmək və bir ay müddətində jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında Azərbaycan milli mətbuatının inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması haqqında təklifləri Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı