Modern.az

Qırılmış ermənilər yoxsa, erməni qırılmışlar?

Qırılmış ermənilər yoxsa, erməni qırılmışlar?

Aktual

23 Aprel 2014, 21:51

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist

Biz ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmiş on minlərlə soydaşlarımızın ruhu üçün əllərimizi göyə qaldıraraq Allaha dua etdiyimiz halda, bu “qırılmışlar” ayrı-ayrı ölkə parlamentləri deputatlarının əllərini qaldıtdırıb, endirtməklə yalançı “soyqırımı”nın dünyada tanınmasına nail olmağa çalışırlar

Aprel ayının gülüş günü ilə başladığını bütün dünya bilir. Amma bu gülüşü çox vaxt yersiz süni zarafatlar hesabına yaratmağı xoşlayanlar da az deyil. Hətta çoxlarıdan soruşulsa ki, 1 aprel nə günüdür? - onlar düşünmədən Ümumdünya gülüş günü əvəzinə “aldatma günü” deyəcəklər. O aldatmalar ki, onu yalnız uşaqlar və ya ciddi olmayan “böyüklər” bir-birinə qarşı edirlər ki gülsünlər. Amma bu da faktdır ki, çox vaxt belə süni gülüş yaradanlar elə özləri gülünc vəziyyətə düşürlər.   

Bütün dünya aprel ayı girəndən gülməyə başladığı halda, ermənilər 31 martda doyunca gülüb, sonra aprel ayının birindən sonunadək başlayırlar ağlamağa ki, türklər bizim soyumuzu kəsib, qırıblar. Bir sıra dünya ölkələri də öz siyasi və geosiyasi maraqlarına görə, bu “qırılmışların” göz yaşlarını dəfələrlə burunlarını sildikləri cib dəsmalları ilə silirlər ki, onlar bəlkə sakitləşsinlər.
 
Artıq yüz ilə yaxındır ki, bu ağlaşanlar qara niyyətlərini həyata keçirmək üçün, özlərindən uydurduğu və tarixdə heç zaman baş verməyən “erməni soyqırımı”nı dünya ölkələrinin gündəliyinə gətirirlər. Biz 31 mart 1918 və 26 fevral 1992-ci iilərdə ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmiş on minlərlə soydaşlarımızın ruhu üçün əllərimizi göyə qaldıraraq Allaha dua etdiyimiz halda, bu “qırılmışlar” ayrı-ayrı ölkə parlamentləri deputatlarının əllərini qaldırtdırıb, endirtməklə yalançı “soyqırımı”nın dünyada tanınmasına nail olmağa çalışırlar. Təəssüflər olsun ki, erməni tarixindən xəbərsiz olan bir sıra ölkələr erməni lobbisi və diasporunun hiyləgər siyasəti hesabına qondarma “erməni soyqırımı” ilə bağı müxtəlif sənədlər qəbul edib, hətta bu əsassız iddialrı tanıyıblar.

Bu sırada, apreldə ən çox aldadılan ölkələr kimi, İsveç, Uruquay, Yunan Kipri, Argentina, Rusiya, Kanada, Yunanıstan, Livan, Belçika, İtaliya, Vatikan, İsveçrə, Slovakiya, Hollandiya, Polşa, Almaniya, Venesuela, Litva və Çilini qeyd etmək olar. Bundan əlavə, ABŞ-ın 41 ştatında “erməni soyqırımı”nın olduğu qəbul edilib.

Fransa isə 1998-ci ildə nəinki “erməni soyqırımı”nı tanıyıb, hətta bu ölkədə yalançı “erməni soyqırımı”nı rədd etmək cinayət hesab olunur və bu qanunu pozanlara qarşı nəzərdə tutulan cərimələr tətbiq olunur. Birləşmiş Krallığa daxil olan Uels, Şotlandiya və Şimal İrlandiya da bu aldadılanlar arasındadırlar, onlar da 1915-ci il hadisələrini “soyqırımı” olaraq qəbul ediblər. Ermənilər bu işdə mütəşəkkil şəkildə təşkilatlanmaqla, dünyada bir sıra məşhur təşkilatları da aldada biliblər. 

Belə ki, BMT-nin Ayrı-seçkiliyin Önlənməsi və Azlıqların Qorunması Alt Komissiyası, Avropa Şurası, Avropa Parlamenti, Dünya Kilsələr Şurası, İnsan Haqları Dərnəyi, YMCA Avropa Birliyi, “yalana abidə” ucalda bilən bu erməni qırılmışların uydurmalarına tarixə xəyanət edərək inanıblar.

Dünyaca məşhur fransız yazıçısı və səyyahı Aleksadr Düma “Еrmənilər həmişə bаşqа dinə qulluq еdən hökmdаrlаrın hаkimiyyəti аltındа оlmuşlаr. Nəticədə öz fikir, niyyət və duyğulаrını gizli sаxlаyаn, hiyləgər və kələkbаz аdаmlаrа çеvrilmişlər” deməkdə, görünür ermənilər onu da aldadıb. Musavat.com-un xəbərinə görə bu kələkbazlar, Hollandiyanın Almelo şəhərində “Erməni Havari Kilsəsi”nin önündə qondarma “erməni soyqırımı”na xatirə abidəsi ucaltmaq istəyirlər. Adətən müsəlmanlar övliyyələrin məzarını əbədiləşdirmək üçün onun yanında və ya bu məzar otağın içində qalmaqla gümbəz, bəzi hallarda isə məscid ucaldırlar. Ermənilər isə mövcud olan kilsənin qarşısında “soyqırımı” abidəsi ucaltmağa çalışırlar ki, kilsəyə gələn etiqadlı insanlar bu yalançı abidəni görüb onların halına yansın. Bir müddətdən sonra isə, güya bu abidənin deyil, bu kilsənin soyu qırılmış ermənilərin xatirəsinə tikildiyini deyərək, gələcək nəsilləri hər ilin aprelində aldadaraq daldada özləri güləcəklər. Çünki onlar bu kimi abidələr ilə çox da uzağa gedə bilmirlər, necə ki bunu ermənilərin Qarabağa köçmələrinin 150 illiyini əbədiləşdirən abidənin sökülməsində gördük.    

Ümidlərini doğulandan yalana bağlayan bu haylar, yalançı “erməni soyqırımı”nın 100 illiyi münasibəti ilə ABŞ-ın Kaliforniya ştatının iri şəhərlərindən sayılan Pasadenada, yerli erməni diasporu Ermənistan Respublikası xaricində ən böyük “soyqırım” abidəsinin tikintisi ilə bağlı hazırlıqlara başlayıblar.

Modern.az-ın məlumatına görə bu köhnə düşüncəyə malik olan hayların Memorial kompleksin memarlıq planı təsdiq olunub və tezliklə tikinti işlərinin başlanması gözlənilir. Belə ki, “soyqırımı” abidəsinin 2015-ci il aprelin 24-də erməni “qırılmışların” 100 illiyi münasibətilə açılması planlaşdırılır. Məlumat üçün qeyd edək ki, Los Ancelesin 19 kilometr cənubunda yerləşən və 146 min nəfər sakinin yaşadığı Pasadenada böyük erməni icması məskunlaşıb.

Bu mövzunun aprel ayında aktual olduğu bir gündə Aktual.az-a nəzər salanda görürük ki, birinci dünya müharibəsindən sonra ingilislər tərəfindən türk fəallar cəzalandırılmaq məqsədi ilə Malta adasına göndəriliblər. Onlar barəsində Maltada “erməniləri kütləvi şəkildə qətlə yetirmək”lə bağlı cinayət işi açılıb. Türk vətəndaşlarının barəsində qaldırılan cinayət işini həyata keçirən İngiltərə Krallığı Baş Prokurorluğu ermənilərin türklər tərəfindən qətlə yetirilməsi ilə bağlı dərin araşdırma aparıblar. Osmalı arxivləri, Misir, İraq və Qafqaz regionunda aparılan tətqiqqatlar nəticəsində ölkə baş prokurorluğu “erməni soyqırımı”na aid heç bir fakt əldə edilməyib.

Bu günlərdə Suriyanın ermənilər yaşayan Kesab şəhərində müxalifətçilərin 80 nəfər ermənini öldürməsi barədə yayılan videoyazının saxta çıxması bir daha onu sübut etdi ki, ermənilər 20-ci əsrin əvvəlindən indiyədək, bu bir əsrlik zaman kəsiyində zərrə qədər də olsun ki dəyişməyiblər. Çünki, Kesabın milliyyətcə erməni olan meri Vazgen Çaparyan Ermənistanın News.am saytına bildirib ki, “Kesabda terrorçuların erməniləri öldürməsi barədə yayılan videoyazı saxtadır”.  Mer şəhərdə yaşayan 700 erməni ailəsinin çoxdan Latakiyaya evakuasiya edildiyini bildirib. Amma buna qədər ermənilər şəhəri Türkiyədən gələn iki qruplaşmanın tutduğunu, 80-dən çox erməni öldürüldüyünü və s. iddia etməyə başlamışdılar. Hətta, erməni əsilli müğənni Şer və pornoulduz Kim Kardaşyan bu məsələyə qatılıb erməni soyqırımını dayandırmağa çağırmışdılar. Amma Vazgen Çaparyan bütün bu yalan xəbərləri təkzib etdi.

Bu erməni uydurması ilə bağlı bir sıra tarixçilərin yazılarından məlum olur ki, müxtəlif ölkələrin arxivlərində materiallar var və bu materialların hamısından bir mənalı olaraq belə qənaətə gəlmək olur ki, ermənilərin dediyi kimi hec də soyqırım olmayıb, əslində erməni silahlı dəstələri dinc, türk əhalisini qırıb.

Bəs, “erməni soyqırımı”nı öz əsasını və tarixini hardan götürür, niyə məhz 24 aprel? Həqiqət belədir ki, 1915-ci il aprelin 24-də Osmanlı İmperatorluğunun Daxili İşlər Nazirliyi bir əmr verdi. Aprelin 26-da da Baş komandanlığın əmri çıxdı. O əmrə görə 2345 erməni terrorçusu ölkənin müxtəlif yerlərində həbs edildi. 1915-ci il mayın 27-də “Söbh və isqan haqqında” Qanun qəbul edildi. Dövlətə qarşı qiyam qaldıran ermənilər daha təhlükəsiz yerlərə köçürülməyə başladı. 1916-cı il oktyabr ayının məlumatına görə, təxminən 702 min 900 nəfər erməni köçürülüb və onlar müharibə aparmasına baxmayaraq, Osmanlı höküməti tərəfindən qayğı ilə əhatə olunublar. Hökumət bu prosesə təxminən 86 milyon lirə xərcləmişdi. Deməli, 24 aprelin soyqırımı kimi götürülməsinin “ermənilərin qırılması” ilə heç bir əlaqəsi yoxdur. Sadəcə həmin gün erməni terrorçularının həbsi günüdür.

Nəticə olaraq onu qeyd edək ki, “erməni soyqırımı” deyilən şey qondarmadır. Bu, bir sıra dövlətlərin maraqları baxımından ortaya atılıb. Ondan bir alət kmi istifadə edilib. Ermənistan heç bir zaman “erməni soyqırımı” iddiasından imtina etməyəcək. Ona görə ki, bu, həm Ermənistandakı, həm xaricdəki ermənilər üçün “soyqırımı” bütün erməniləri birləşdirən bir ideologiya halına gəlib. Erməniləri bir zaman ayaqda saxlayan kilsə idisə, 1915-ci ildən sonra onlar bu “soyqırım”ı uydurdular və özlərinə ikinci ayaq yaratdılar. Əgər “soyqırımı” ideologiyası aradan götürülərsə, o zaman Ermənistan dövləti də olmaya bilər.

İngiltərənin xаrici işlər nаziri Kеrsоnun 1920-ci ilin əvvəlində ingiltərə pаrlаmеntində еtdiyi çıxışdа deyirdi, “Mənə еlə gəlir ki, siz еrməniləri 8 yаşındа təmiz və məsum bir qız kimi zənn еdirsiniz. Bu fikirdə çоx yаnılırsınız. Hаlbuki еrmənilər özlərinin sоn vəhşi dаvrаnışlаrı ilə nə qədər qаn tökən bir xаlq оlduqlаrını büsbütün isbаt еtmişlər”.

Sirr deyil ki, biz də bir xalq olaraq aprel ayında gülmək üçün bir-birimizə yalan danışırıq. Amma bu boyda yalan danışanlar və bu yalanlara inananlar bilməlidirlər ki, hamı bu dünyadan bir gün qırılıb gedəcək. Dünyadan gözü doymayanlar isə tarixin yaddaşında həmişə qapılardan “yal alanlar” və ya “yalançı”lar kimi qalacaqlar.    

P.S. Bir yunаn iki yəhudini аldаdır, bir еrməni isə iki yunаnı.
Аlfrеd Körtе, аlmаn səyyаhı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir