Modern.az

Mədəni irsin qorunması sahəsinin mütəxəssisləri Şirvanşahlar Sarayına toplaşıb

Mədəni irsin qorunması sahəsinin mütəxəssisləri Şirvanşahlar Sarayına toplaşıb

30 Sentyabr 2009, 16:04

Sentyabrın 30-da Şirvanşahlar Sarayında "Bakı İslam mədəniyyətinin paytaxtı-2009” ili çərçivəsində  “Asiya ölkələrində bəşəri və mədəni irsin istifadəsinin turizmin təbliğində rolu” mövzusunda seminar başlayıb. Seminarda Azərbaycan, İran, Pakistan, Qazaxıstan, Qırğızıstan, İndoneziya və Malayziyadan turizm və mədəni irsin qorunması sahəsində çalışan mütəxəssislər iştirak edirlər.
Tədbir Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və İSESKO-nun Tehrandakı regional ofisinin təşkilatçılığı ilə keçirilir.
Açılış mərasimində çıxış edən mədəniyyət və turizm nazirliyinin mədəni irs şöbəsinin müdiri Rizvan Bayramov Bakının İslam mədəniyyətinin paytaxtı elan olunması ili çərçivəsində bu günədək 100-dək tədbirin keçirildiyini söyləyib. O, bu seminarın mütəxəssislərin bilik və təcrübə mübadiləsi baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb.
İSESKO-nun Tehrandakı regional ofisinin rəhbəri Abbas Sədri isə Azərbaycan paytaxtının İslam mədəniyyətinin paytaxtı ili çərçivəsində keçirilən tədbirlərin yüksək səviyyədə təşkil olunduğunu bildirib.
İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrinin salamlarını çatdıran qonaq, seminarın mədəni irsin qorunmasında layiqli töhfə verəcəyinə əmin olduğunu deyib.
Oktyabrın 2-dək davam edəcək seminar zamanı müxtəlif ölkələrin turizm potensialı və mədəni irsin qorunması sahəsində həyata keçirilən tədbirlər barədə məruzələr dinləniləcək, qonaqlara Abşeronun tarixi abidələri göstəriləcək.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir