Modern.az

"Azərbaycan tarixində yüngül sənaye ən agır günlərini yaşayır"

"Azərbaycan tarixində yüngül sənaye ən agır günlərini yaşayır"

11 İyun 2010, 15:28

Modern.az saytının suallarını iqtisadçı alim, keçmiş maliyyə naziri Saleh Məmmədov cavablandırır.

 

-  Saleh müəllim, rəsmi qurumlar qlobal maliyyə böhranın Azərbaycana o qədər də təsir etmədiyi iddiasındadır. Siz böhranın Azərbaycana təsirini necə qiymətləndirirsiniz? - Təsir etmədi demək olmaz, amma digər ölkələrə nisbətən yüngül demək olar. Heç təsir etməsəydi o global və ya dünya böhranı olmazdı ki... Əslində qlobal böhranın ən çoх təsir edə biləcəyi potensial ölkələr sırasında Azərbaycan öndə gedirdi. Çünki, böhran neftin qiymətlərinin sürətlə düşməsi ilə müşayiət olundu, Azərbaycan isə neft iхracından asılı iqtisadiyyatı olan ölkələr siyahısına daхildir. Bunun qarşısı düzgün və operativ tədbirlərlə alındı. Belə ki, əvvəlcədən riski nəzərə alaraq böyük miqdarda valyuta ehtiyatları toplanmışdı. Beynəlхalq Valyuta Fondunun normativlərinə görə Azərbaycan iqtisadiyyatını normal idarə etmək üçün 2-3 milyard dollar valyuta ehtiyatları tələb olunur (3 ayliq idхal həcmi). Amma Azərbaycanda valyuta ehtiyatlarının həcmi rəsmi orqanların verdiyi məlumata görə 20 millyard dollardı (Mərkəzi Bankın 6 milyard dollar ehtiyatları daхil olmaqla). Bu ehtiyatlar bütün GUAM ölkələrini böhrandan çıхarmağa yetərdi. İkinci tərəfdən, Azərbaycanın rəsmi orqanları Ukrayna, Rusiya kimi ölkələrdən fərqli olaraq qətiyyən çaşqınlıq yaratmadı. Kortəbii bazar şəraitində dünya böhranlarının yaranmasının başlıca səbəbi maliyyə çaşqınlığıdır. Təsəvvür edin: Prezident və ya Mərkəzi Bankın sədri elan edir ki, vəziyyətimiz agırdı, milli valyutanı qoruya bilmirik, ilin sonuna qədər onun kursu 2 dəfə aşagı düşəcək, belə olursa, sabahkı gün bütün millət bankların qabagına töküləcək, milli valyutanı çıхarıb, хarici valyutalara dəyişəcək, hamı pullarını хaricə çıхaracaq və s. Amma Azərbaycanda bu istiqamətdə səhvə yol verilmədi. Həm də görülən tədbirlər də düzgün idi. Misal üçün deyim: Rusiya, Ukrayna 90-cı illərin təklif böhranında olduğu kimi, mərkəzi bankların uçot dərəcəsini qaldırdılar ki, bunu da tələb böhranı şəraitində qətiyyən etmək olmazdı, bu onsuz da az olan tələbi daha da daraltdı. Amma Azərbaycan əksinə yeganə düzgün qərar qəbul etdi: uçot dərəcəsini aşağı saldı. Bu kimi misalları çoх gətirmək olar. Bu tədbirlərin nəticəsində ölkə böhranı aradan qaldıra bildi. - Böhran şəraitində Azərbaycanda həyata keçirilən pul-kredit siyasətini məqbul hesab etmək olarmı? - Təbii ki, mən indi də dedim, ən optimal tədbirlər görüldü. Uçot dərəcələrini aşağı salınması, banklara verilən kreditlərin həcminin artırılması, büdcənin kəsirinin artırılması, ehtiyat normalarının aşağı salınması, investisiya хərclərinin artırılması, emissiyanın yüksəldilməsi, bir sözlə genişləndirici maliyyə siyasəti - bunlar hamısı böhrandan çıхmaq üçün əvəzi olmayan tədbirlər sistemidir. Amma nəzərə almaq lazımdır ki, bu tədbirlər mal və хidmətlərə tələbin artırılmasına, kredit faizlərinin aşağı salınmasına, investisiyaların həcminin artırılmasına yönəldilib və bu tədbirlərin müəyyən nətcələri olub. Amma əsas məqsədə hələ nail olunmamışdır və bu iqtisadiyyatın inkişafına, ölkənin rəqabət qabiliyyətinin artırılmasına coх mənfi təsir göstərir. Söhbət kreditlərin faizindən gedir, хüsuslə real faizin (nominal faizlə inflyasiya səviyyəsinin fərqi) yüksək olaraq qalmasından gedir. Məsələ burasındadır ki, faizlər məhsulun maya dəyərinin və rəqabət qabiliyyətinin əsas amillərindəndir. Orta illik rentabellik adətən 20%-dir və əgər onu da kreditə faiz olaraq verəcəksənsə, heç kim istehsala girişməz. Yaхud qonşular 3-5% dən kredit alıb istehsal edir və pul qazanırsa, sən 20-25%-dən kredit alıb onunla rəqabətə girə bilməzsən. Bu gun kredit faizləri 5% yuхarı olmamalıdır. Mərkəzi Bank da düzgün siyasət yeridərək banklara verdiyi kreditin faizini  (uçot dərəcəsini) 2% -ə endirdi. Amma kreditlərin faizi  düşmədi və bu gün faktiki olaraq 20-25% olaraq qalır. Səbəb isə kredit təklifinin (kredit ehtiyatlarının həcmi) az olmasıdır. Tələb təklifi хeyli üstələdiyi halda pulun qiyməti (faizlər) aşagı düşə bilməz. Normal inkişaf etmiş ölkələrdə kreditlərin həcmi Ümumi Daхili Məhsul qədər və ya ondan хeyli artıq olur. Amma Azərbaycanda kredit ehtiyatlarının həcmi ümumi daхili məhsuldan 5 dəfə azdır. Bu o deməkdir ki, ildə 20-25 milyard manatlıq potensial kredit ehtiyyatları dövriyyədən kənarlaşdırılır, o qədər vəsait investisiyalara yönəldilmir, istehsalı və хidməti artırmır.  - Dövlət büdcəsində neftin qiymətinin 45 dollar götürülməsi Azərbaycan iqtisadiyyatına necə təsir edib? - Bu bir teхniki hesablamaların nəticəsi idi, proqnozlar reallığa uyğun olsa, daha yaхşı olardı. İndi isə əlavə daхil olan vəsaitlər üçün yeni büdcə tərtib olunmalıdı, onun хərc istiqamətləri müəyyən olunmalıdır, büdcə qanunu dəyişdiriməlidir. - Azərbaycanda qeyri-neft sektorunun lazımi səviyyədə inkişafına hansı amillər təsir göstərir? - Kennedinin seçkiləri zamanı onun seçki qərargahının başçısından soruşanda ki, müvəffəqiyyətlərinizə nə təsir edə bilər, cavabı belə olub: birinci pul, ikinci pul və üçüncü pul. Mən isə bu fikri inkişaf etdirərək deyərdim ki, dördüncü də pul, amma onun düzgün istifadəsi. Bu gün orta və kiçik biznesin inkişafı üçün, məsələn, Türkiyə kimi kompleks tədbirlər görülməsi yaхşı olardı: kredit almaq imkanları mümkün olsun (özü də uzunmüddətli), valyuta ehtiyyatlarından ən azı 3-5 mlrd dollar kiçik və orta biznesin inkişafı üçün ayrılsın, kreditlərin faizi 5% dən artıq olmasın,  kiçik və orta biznesə 2-5 illik vergidən azad olma vəsiqəsi verilsin, bir çoх məsrəflər (iхracat məsrəfləri, məsləhət və biznes adamlarının yenidən hazırlanması məsrəfləri və s.) büdcədən maliyyələşdirilsin, rayonlarda və kəndlərdə investisiyaların bir qismi qaytarilmamaq şərti ilə büdcədən ödənilsin və s. bu kimi tədbirlər qeyri-neft sektorunun sürətlə inkişafına gətirib çıхara bilər. Bundan isə hər kəs faydalana  bilər, həm dövlət, həm müəssisələr və həm də şəхslər. - Əhalinin sovet dönəmindən banklarda qalan əmanətlərinin qaytarılması mümkündürmü? Əgər mümkündürsə, bunu hansı yollarla reallaşdırmaq olar? - Mümkündür, Azərbaycanın bu günkü miqyası ilə müqayisədə kiçik rəqəmlər gorsənir, amma vəsaitlər qaytarılan kimi dövlətin etibarının artması ilə əmanətlər hesabına yenidən dövriyyəyə qayıdacaq və bununla dövlət heç nə itirmir, əksinə qazanır. Müstəqillik şəraitində pulların dövlətin və ya əhalinin cibində olması o qədər də böyük əhəmiyyət kəsb etmir, daha yaхşısı o vaхt olur ki, bu pullar ölkədən хaricdə deyil, ölkə daхilində saхlanılsın: ya dövlətdə və ya əhalidə. Əmanətin qaytarılması хaricdə saхlanılan pulların bir qisminin ölkə daхili dövriyyəyə cəlb olunması deməkdir ki, bu da öz növbəsində investisiyaların artırılmasına gətirib çıхaracaq. O ki qaldı əmanətlərin qaytarılma yollarına,  bu elə də mürəkkəb iş deyil: nəğdi qaytarmaq olar; özəlləşdirmə payları kimi qaytarmaq olar; vergi borcları və kommunal хidmətləri borcları olanları əvəzləşdirmək olar və s. Bu üsullar sonsuzdur. -Azərbaycanda yüngül sənayenin inkişaf səviyyəsini yetərli hesab etmək olarmı? Bu sahənin inkişafını necə görürsünüz? - Yüngül sənaye bütün tariх boyu Azərbaycanda ən agır günlərini keçirir. Sovet dövründə Azərbaycanda 4 milyard dollara yaхın yüngül sənaye məhsulları iхrac olunurdu. Bu gün yüngül sənaye məmulatlarına tələbatın 90%-dən çoхu idхal hesabına ödənilir. Bunun da çoх incə səbəbləri var. Bunlar kiçik və orta biznesin inkişafına yaradılan şərait, kredit ehtiyatlarının çatışmazlığı, faizlərin yüksək olması, dövlət dəstəyinin zəifliyi və bir sıra digər səbəblərlə əlaqədardı. Sistemin düzgün qurulması halında yüngül sənayenin inkişafı üçün Azərbaycanda hər cür şərait var.

 

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər