Modern.az

Deputat Vahid Əhmədov Mili Məclisə “4 ” verdi

Deputat Vahid Əhmədov Mili Məclisə “4 ” verdi

11 İyun 2010, 16:12

"Parlamentdə elə insanlar var ki, doğrudan da, demokratik fikirlidirlər və onlar hər zaman xalqın mənafeyi üçün lazım olan qanunların qəbuluna çalışırlar. İstərdim ki, məhz həmin insanlar yenidən parlamentdə təmsilçililərə hüququ əldə etsinlər. Eyni zamanda istərdim ki, parlamentdə qadınların sayı daha çox olsun. Çünki qadınlar parlamentdə çox olanda bəzi məsələlərin həllində müsbət məqamlar özünü daha çox göstərir”. Bu fikirləri jurnalislərlə söhbətində deputat Vahid Əhmədov bildirib. O, qeyd edib ki, qadınlar həm də parlamentə rəngarənglik gətirirlər: “Bu baxımdan mən çox istərdim ki, məsələn, Gültəkin xanım Hacıbəyli, Qənirə xanım Paşayeva kimi qadınlarımız parlamentdə yenidən təmsil olunsunlar. Bir sözlə, müsbət məqamlarla xarakterizə olunan millət vəkili həmkarlarım – istər hüquqşünas, istər iqtisadçı, istərsə də humanitar sahənin təmsilçisi olan həmkarlarım çoxdur ki, onların da yenidən parlamentdə təmsil olunmalarını istərdim”. 

Millət vəkili Üçüncü Çağırış Milli Məclisin fəaliyyətinə 5 ballıq şkala ilə belə qiymət verib: “Parlamentin sədri Oqtay Əsədovun beşillik spikerlik fəaliyyəti dövründə Milli Məclis üzvləri arasında münasibətlər çox yüksək səviyyədə olub. Amma ümumi götürəndə hesab edirəm ki, 2005-2010-cu il üçüncü çağırış Milli Məclisin fəaliyyətinə “5” də olmasa, ən azı, “4” qiyməti vermək olar”. 

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu