Modern.az

Deputatlar Küveytə gedirlər

Deputatlar Küveytə gedirlər

11 İyun 2010, 20:02

Milli Məclisin Azərbaycan-Küveyt parlamentlərarası işçi qrupunun rəhbəri Əkrəm Abdullayev, qrupun üzvləri Aydın Abbasov, Çingiz Əsədullayev, Nizami İsgəndərov və Fuad Muradov iyunun 12-də Küveytə səfər edəcəklər. Səfər Küveyt parlamentinin Azərbaycanla dostluq qrupu rəhbərinin  dəvəti əsasında həyata keçirilir. Bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Deputatlarımız Küveyt parlamentində olacaq, ölkənin qanunvericilik orqanının strukturu və fəaliyyəti ilə yaxından maraqlanacaqlar. Ölkənin parlament rəhbərliyi və millət vəkilləri ilə görüşlərdə qanunverici orqanlar arasında əlaqələrin genişləndirilməsi, qarşılıqlı səfərlər,  beynəlxalq qurumlar çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılacaq.
Səfər çərçivəsində nümayəndə heyətimizin Küveytin Ticarət və Sənaye Palatasının sədri ilə görüşü də nəzərdə tutulub. Səfər iyunun 15-də başa çatacaq.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir