Modern.az

Bakıda İslam ölkələri mədəniyyət nazirlərinin konfransı keçiriləcək

Bakıda İslam ölkələri mədəniyyət nazirlərinin konfransı keçiriləcək

Mədəni̇yyət

30 Sentyabr 2009, 17:11

“Bakı-İslam Mədəniyyətinin Paytaxtı-2009” Mədəniyyət ilinin proqramına 100-dən artıq milli və beynəlxalq miqyaslı tədbir daxil edilib. Tədbirlər sırasında Mədəniyyət ilinin açılış və bağlanış mərasimləri, İslam Konfransı Təşkilatına üzv dövlətlərin Mədəniyyət Nazirlərinin VI Konfransı, Türkdilli dövlətlərin mədəniyyət nazirlərinin toplantısı, Beynəlxalq Muğam Festivalı, Azərbaycanda Mərakeş Krallığının, Qətər Dövlətinin, İordaniyanın Mədəniyyət Günləri, “Şərq-Qərb” Beynəlxalq Kinofestivalı, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Milli Kitabxana direktorlarının II Konfransı,  İSESKO-ya üzv dövlətlərin Beynəlxalq Turizm Filmləri Festivalı, Şərq-Qərb Beynəlxalq Rəqs Festivalı, İslam Mətbəxi I Beynəlxalq Kulinariya Festivalı, I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası və digərləri mühüm yer tutur. Bu barədə Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb. Nazirlikdən bildirilib ki, “Bakı-İslam Mədəniyyətinin Paytaxtı-2009” mədəniyyət ili çərçivəsində 2009-cu ilin 13-15 oktyabr tarixində Bakıda İslam  Konfransı Təşkilatına üzv dövlətlərin Mədəniyyət Nazirlərinin VI Konfransı  keçiriləcək. Konfransda İKT-yə üzv dövlətlər,  bir sıra Avropa dövlətlərinin rəsmiləri, beynəlxalq təşkilatların rəhbərləri və yüksək səviyyəli nümayəndələri, tanınmış şəxslərin iştirakı gözlənilir. Konfransın ilk günü İKT-yə üzv dövlətlər və bir sıra Avropa dövlətləri arasında “Mədəniyyətlərarası dialoq” mövzusunda dəyirmi masa təşkil ediləcək. Konfransdan öncə cari ilin 9-10 oktyabr tarixində Bakıda həmçinin İslam Dünyasının Mədəni Strategiyasının yerinə yetirilməsinə dair Məşvərətçi Şuranın IX İclası baş tutacaq. İclasda konfransda qəbul ediləcək sənədlərin müzakirəsi aparılacaq. Bununla yanaşı, 2009-cu ilin 16-17 oktyabr tarixində Bakıda TÜRKSOY Mədəniyyət Nazirlərinin Daimi Şurasının 26-cı toplantısı olacaq.  İclasda TÜRKSOY-a üzv olan ölkələrin mədəniyyət nazirləri və bir sıra təşkilatların nümayəndələri iştirak edəcək.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir