Modern.az

Deputatlar bəzi nazirlərdən narazıdırlar

Deputatlar bəzi nazirlərdən narazıdırlar

Ölkə

30 Sentyabr 2009, 17:39

Sentyabrın 30-da parlamentin payız sessiyasının ilk iclasında Azərbaycanda bəzi nazirlərlərin millət vəkillərinin telefon zənglərinə cavab verməməsi ilə bağlı şikayətlər səsləndirilib.  Deputat Cəmil Həsənli bildirib ki, Milli Məclisin üzvləri hər hansı məsələ ilə əlaqədar aidiyyatı nazirliyin rəhbəri ilə danışmaq imkanından məhrumdurlar. Millət vəkilinin sözlərnə görə,  nazirlər özləri istədikləri zaman zənglərə cavab verir, istəmədikdə cavab vermirlər. Cəmil Həsənli deyib ki, bəzi hallarda nazirlə danışmaq istəyən deputat ən yaxşı halda onun köməkçisilə əlaqə yaratmağa müvəffəq olur və nazirlik rəhbərinə ona zəng vurulduğu barədə məlumat çatdırılır. Amma bəzi nazirlər zəng vuranın kim olması ilə belə maraqlanmırlar.

Modern.az C.Həsənlinin qaldırdığı məsələ ilə əlaqadər Milli Məclisin 10-a yaxın deputatının münasibətini öyrənib. Məsələyə münasibət bildirən millət vəkilləri də Cəmil Həsənli ilə həmfikir olduqlarını söyləyiblər.

Millət vəkili Nazim Məmmədov əməkdaşımızla söhbətdə deputat həmkarının nazirlərlə bağlı narazılığını haqlı sayıb. Onun fikrincə, nazirin deputatın telefon zənginə cavab verməməsi qeyri-normal haldır: "Hesab edirəm ki, hər bir nazir deputatın telefonuna cavab verməyə borcludur. Çünki deputat minlərlə seçicinin təmsilçisidir. Əslində nazirlik rəhbərləri deputatlarla əməkdaşlıqda maraqlı olmalı, problemlərin aradan qaldırılmasında birgə iştirak etməlidirlər".

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır