Modern.az

Dövlət büdcəsinə dəyişiklik edilir

Dövlət büdcəsinə dəyişiklik edilir

16 İyun 2010, 14:40

İyunun 16-da Milli Məclisin İqtisadi Siyasət Komitəsində «2010-cu ilin dövlət büdcəsinə əlavə və dəyişikliklər edilməsi haqqında» qanun layihəsi müzakirə edilib.

Azərbaycan hökuməti dövlət büdcəsi kəsirinin ÜDM-nin 3,9%-dən 2,3%-nə qədər azaldılmasını təklif edir.

Dəyişikliklər İqtisadi siyasət komitəsinin iclasında müzakirə edilib və Milli Məclisə tövsiyyə olunub. Milli Məclisdə dəyişikliklərə cümə günü baxılacaq.
Maliyyə naziri Samir Şərifov qeyd edib ki, dəyişikliklər nəticəsində dövlət büdcəsinin kəsiri 1,249 mlrd. manatdan və ya ÜDM-nin 3,9%-dən 770,3 mln. manata qədər və ya 2,3%-nə qədər azalır.
Həmçinin dəyişikliklərə əsasən, dövlət büdcəsinin gəlirləri 1 mlrd. 490 mln. manat 11 mlrd. 505 mln. manatadək artır.
Nazirin sözlərinə görə, Vergilər Nazirliyindən daxilolmaların 490 mln. manat artması gözlənilir, onlar üçün plan isə 4,470 mlrd. manatadək artırılıb.
İkinci mənbə - ölkənin Dövlət Neft Fondundan transfertlər 1 mlrd. manat - 5,915 mlrd. manat səviyyəsinə qədər artırılır.
S.Şərifov bildirib ki, dövlət büdcəsinin xərcləri 1 mlrd. 11 mln. manat 12,275 manatadək çoxalır. Əlavə xərclərdən 300 mln. manat daşqın nəticələrinin aradan qaldırılmasına, 400 mln. manat müdafiəyə, qalanları isə başqa məqsədlərə, həmçinin təhsil, səhiyyə, elm sahəsində sosial müdafiənin gücləndirilməsinə yönəldiləcək.
Dəyişikliklər nəticəsində dövlət büdcəsində nəzərdə tutulmuş neftin qiyməti bir barrelə görə $45-dən $60-a qədər artırılacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi