Modern.az

Rusiya Türkiyəyə S-300 raketləri təklif edir

Rusiya Türkiyəyə  S-300 raketləri təklif edir

Dünya

17 İyun 2010, 09:23

Rusiya Türkiyənin müasir S-300 və S-400 raket müdafiə sistemlərinə ehtiyacı olduğunu və bu tələbi ödəməyə hazır olduğunu bəyan edib. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiyanın silah satışı ilə məşğul olan  Rosoboronexport şirkətinin rəhbəri Anatoli  İsaikin bildirib. Onun sözlərinə görə, Türkiyənin S-400 raketdən müdafiə sistemlərinə böyük ehtiyacı var.  İsaikin bəzi qərb ölkələri ilə birlikdə Rusiyanın da Türkiyəyə silahı satışı üzrə tenderdə təmsil oluna biləcəyini açıqlayıb. Türk hərbi ekspertləri isə əsasən ölkənin cənub-şərq bölgəsində sərhədin qorunması üçün bu cür raket sistemlərinə zərurət yarandığını qeyd edirlər.  S-300 raketlərinin yeniləşmiş variantı S-300 PMU1 raketləri 150 km məsafədəki hədəfi vurmaq qabiliyyətinə malikdir. S-400 (SA-21)  raketdən müdafiə sistemləri isə eyni zamanda 6 hədəfi birdən tuta bilər.

 

Qeyd edək ki, BMT TŞ - nin son sanksiyaları ilə Rusiyanın İrana S-300 raket kompleksləri satması qadağan olunub. Belə olan halda Rusiya özünə yeni bazarlar axtarır. Bu mənada Türkiyə  Rusiya üçün  ən əlverişli alternativ hesab olunur.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir