Modern.az

Rusiya və ABŞ bütün dünya ilə “duraka” oynayır

Rusiya və ABŞ bütün dünya ilə “duraka” oynayır

8 May 2014, 16:09

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist

İstər Rusiya, istərsə də ABŞ rəsmiləri öz aralarında Qarabağ kartı ilə istədikləri kimi bir-birinə qarşı fokus göstərirlər. Biz isə bu “illüziyaçıların” əllərinə nə qədər baxsaq da, hələ ki heç bir şey başa düşə bilmirik.

Bu gün kimə sual versək - 8 may nə günüdür, hamı olmasa da, bir çoxları cavab verəcək ki, “Şuşanın alınması günüdür”. Əslində Şuşanın alınması günü deyil, onun verilməsi günüdür deyilsə, daha doğru olardı. Çünki biz hələ verdiyimiz Şuşanı geri ala bilməmişik. “Dağlarda toy” planı adı ilə ermənilər Şuşaya toy tutaraq onu bizdən alıb apardılar sanki. Yəni, bu gün Şuşanın ermənilər tərəfindən alınması, biz tərəfdən isə verilməsi günüdür.   

Bəs görəsən biz Şuşanın, ümumiyyətlə bütövlükdə Qarabağın geri alnmasını özümüz istəyirikmi? Bəs, istəyiriksə bu illər ərzində niyə gözümüzü onun-bunun ağzına dikmişik? Məgər Rusiyanın hərbi və ABŞ-n həm maddi, həm də mənəvi dəstəyi ilə Qarabağı itirmədikmi?

İstər Rusiya, istərsə də ABŞ rəsmiləri öz aralarında Qarabağ kartı ilə istədikləri kimi bir-birinə qarşı fokus göstərirlər. Biz isə bu “illuziyaçıların” əllərinə nə qədər diqqətlə baxsaq da, hələ ki bu vaxta qədər heç bir şey başa düşə bilmirik. İndiyədək gözümüz yolda, qulağımız səsdə olanlar kimi illəri bir-bir yola salırıq gedir, amma özümüz hələ ki Qarabağa getməyə nədənsə sanki özümüz istəmirik.

Modern.az-ı nəzərdən keçirəndə görürük ki, rusiyalı politoloq Stanislav Belkovskinin fikrincə, güya Ukraynadan sonra Rusiya Prezidenti V.Putinin vəzifəsi Dağlıq Qarabağın tanınmasıdır. Belkovskiyə görə o, bununla da ABŞ, Kanada və Fransadakı erməni diasporunun dəstəyini alacaq, bu isə xarici siyasət nöqteyi-nəzərindən onun üçün vacibdir.

Əslində, dünya ermənilərinin yeganə güvənc yeri yalnız Rusiyadır. Onlar istəsələr də, istəməsələr də Rusiya çalan havaya oynamaq məcburiyyətindədirlər. Əks təqdirdə Qarabağ dağlarında “toy” azərbaycansayağı çalına bilər.    



Mətbuatda qeyd edilir ki, ABŞ Beynəlxalq və Strateji Araşdırmalar Mərkəzinin analitiki, Sergey Markedenov İrana səfəri zamanı Rusiya və ABŞ arasında yaşanan gərginliklərdən söz açaraq, Rusiya üçün Qafqazın həddən artıq önəmli olduğunu vurğulayaraq deyib ki, “Rəsmi Moskva üçün heç bir region Qafqaz qədər strateji əhəmiyyət daşımır. Ukraynanın özü belə, Rusiya üçün Qafqaz kimi önəmli deyil”. Azərbaycanın xarici siyasətindən hali olan S.Markedenov, “Rəsmi Bakı Rusiyanın Ermənistana olan dəstəyindən narazı olsa da, anti-terror məsələsində bu ölkə ilə geniş əməkdaşlığa malikdir. Rusiyanın Azərbaycandan əsas narazılığı bu ölkənin Qərb ilə enerji və neft sahəsində əməkdaşlıq etməsidir. Rusiya çalışır ki, enerji rıçaqlarını öz əlində saxlasın. Qərb isə ciddi-cəhdlə Rusiyadan enerji asılılığını azaltmaq istəyir”.

Belə çıxır ki, Azərbaycan Rusiyanın Ermənistana etdiyi dəstəyə görə ondan narazı olmamalı, amma Rusiya Azərbaycanın Qərb ilə enerji və neft sahəsində əməkdaşlıq etməsinə görə narazı olmalıdır. Görəsən heç Rusiya özünə sual veribmi ki, niyə Azərbaycan öz qonşusunu qoyub Qərbə üz tutdu? Əslində bütün bunlar hamıya, xüsusəndə Rusiyanın özünə gün kimi aydın məsələdir. Qarabağ sözün hər iki mənasında Rusiya və ABŞ-n, dünyada baş verən son hadisələri nəzərə alsaq, daha çox Rusiyanın əlində həqiqətəndə bir “bağ”dır. Bu ölkələr bu bağdan istədikləri qədər həm “qidalanırlar”, həm də artıq-əskik danışanların əl-qolunu və hətta dilini bağlayırlar. Biz isə udqunaraq yalnız onların ağızlarına baxa-baxa, neçə illərdir ki biləklərimizi sıxıb yara edən bu düyün düşmüş bağı aça bilmədiyimizdən sıxıla-sıxıla qalmışıq.

İstər Rusiya, istərsə də ABŞ yaxşı bilirlər ki, Azərbaycan heç vaxt Qarabağı hər hansısa bir şərtə qurban verməyəcək. Onlar Azərbaycan Prezidenti İ.Əliyevin öz çıxışlarında bunu dəfələrlə vurğuladığını da yaxşı bilirlər. Ona görə də vaxtaşırı Qarabağ kartını qarışdırıb bir-birinə gah fokus göstərirlər, gah da bütün dünya ilə “duraka” oynayırlar.

ANS Pressə istinad etsək, rusiyalı politoloq, 2012-ci il seçkilərində Vladimir Putinin etibarlı şəxsi olmuş Sergey Markov deyib: “Azərbaycan rəhbərliyi heç vaxt Dağlıq Qarabağdan imtina etməyib. Ora məhz Azərbaycanın ərazisidir və Azərbaycanın yurisdiksiyası altına verilməlidir. Aydındır ki, məhz ABŞ Qarabağın Azərbaycanın yurisdiksiyasına verilməsinin başlıca əleyhdarıdır. ABŞ güclü erməni lobbisinin təsiri altında Qarabağın üzərində Ermənistanın nəzarətini dəstəkləyir”.

Maraqlıdır, dünyaya iqtisadi baxımdan meydan oxuyan ABŞ-ı erməni lobbisi necə öz təsiri altına sala bilir? Buradan aydın görünür ki, Qarabağ məsələsində dolayısı ilə rusiyalı politoloqlar ABŞ-ı, ABŞ politoloqları isə Rusiyanı günahkar kimi göstərmək istəyirlər. 

Virtualaz.org-a görə dünən də ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik, Vaşinqtonun Karnegi Fondunda çıxış edərək beynəlxalq vasitəçilərin Qarabağ münasqişəsinin tənzimlənməsi üzrə təkliflərini bildirib, münaqişənin həlli üçün 6 əsas elementi açıqladı. Onun sözlərinə görə, “bu təkliflər həmsədr ölkələrin prezidentlərinin əvvəlki bəyanatlarına əsaslanır və bu elementlər hər-hansı birini prioritet olaraq götürmədən, paket halında qəbul edilməlidir. Əks halda bu, danışıqları pozacaq” - deyə Uorlik bildirib.

Əgər bu elementlərə diqqət yetirsək, tərəflərin Dağlıq Qarabağın müvəqqəti statusu ilə razılaşaraq, onun yekun hüquqi statusunun müəyyən edilməsini gələcəyə saxlamalıdırlar. Bu müvəqqəti status minimum təhlükəsizliyə və keçmiş Dağlıq Qarabağ vilayətinə daxil olan ərazilərin özünüidarəsinə zəmanət verməli və  Qarabağ ətrafında işğal edilmiş ərazilər Azərbaycana qaytarılmalıdır. Beləliklə,  Laçından Qarabağı Ermənistanla birləşdirən dəhliz olmalı və bu dəhliz əlaqələr üçün kifayət edəcək qədər olmalı, amma bütün Laçın rayonunu əhatə etməməlidir. Qaçqınlar və köçkünlər daimi yaşayış yerlərinə qayıtmalı və tənzimlənmədə beynəlxalq sülhməramlılar da nəzərdə tutulmalıdır.

Ceyms Uorlik bu 6 elementini saydığını sayıb, amma o, Amerika Erməni Milli Komitəsinin öz bəyanatında nə sayacağını bilməyib. Təşkilat bəyanatında bildirib ki, Uorlikin bəyanatında yeni nəsə tapmaq çətindir: “Onun təqdim etdiyi çərçivə nə mənəvi baxımdan qəbul edilə bilməz, nə də praktiki baxımdan dayanıqlı deyil”. Ermənilər bildirib ki, Uorlikin təqdim etdiyi plan, “demokratik yolla öz müqəddəratını təyin etmənin Amerika ideallarına” ziddir. Ermənilər həmçinin Uorlikin çıxışında “işğal” terminini işlətməsindən qəzəblənib.

Dünyayada öz milli xüsusiyyətlərinə görə oğru, yaltaq, kölə, qorxaq, dilənçi, kimi tanınan ermənilərin mənəviyyat haqqında kiməsə nəsə bir növ dərs demələrindən sonra sanki söz tükənir. Təkcə erməni yazıçısı Zori Balayanın 13 yaşlı azərbaycanlı qızcığazın dərisini soyub onun ölümünə tamaşa edərək bu səhnədən həzz almasını bilən adam üçün, bu xalqın hansı mənəviyyata malik olduğunu müəyyən etmək heç də çətin olmaz. Bəs, görəsən bu “mənəviyyatlı” ermənilər “öz müqəddəratını təyin etmə” prinsipini Uorlikin yadına salanda niyə “ərazi bütövlüyü” prinsipini unudurlar?

RegionPost.aza görə may ayının əvvəlində ABŞ prezidenti Barak Obama Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səyləri daha da artıracaq. ABŞ-ın “Foreign Affairs” jurnalında Dağlıq Qarabağ münaqişəsinə dair dərc edilən məqalənin müəllifi ABŞ və İsrail alimi, Amerika siyasi elmlər assosasiyasının üzvü Brendi Şaffer hesab edir ki, “Dağlıq Qarabağ münaqişəsi bu günə qədər ona görə həll olunmayıb ki, ABŞ Rusiyanı heç vaxt ciddi qəbul etməyib. Münaqişəni Rusiyasız həll ettməyə çalışıb. Lakin Krımın Rusiyaya birləşdirilməsindən sonra Vaşinqton başa düşüb ki, Moskva Dağlıq Qarabağda etnik münaqişədən istifadə edə bilər. Rusiya Ukrayna və Gürcüstanda sübut etdi ki, Moskva hər an hərbi gücündən istifadə edə bilər”.

Azərbaycan politoloqu Vəfa Quluzadənin axar.az saytına söylədiyi fikirlərə nəzər salsaq, “Rusiya olduğu müddət ərzində Qarabağ həll olunmayacaq”. Onun sözlərinə görə, ermənilər türklərə nifrət etmir, əksinə bütün ziyalı, savadlı ermənilər bilirlər ki, Rusiya Ermənistanın bədbəxtliyidir. Çünki, Rusiyaya görə Ermənistan təcrid olunmuş vəziyyətdə qalıb. Ermənilər görürlər ki, türklərin onları qırmaq fikri yoxdur. Əksinə, onlara əl uzadaraq bu bataqlıqdan çıxartmaq istəyirlər. Ona görə Ermənistanda V.Putinin səfəri ərəfəsində nümayişlər oldu, Avropa İttifaqına tərəf ermənilərdən böyük istək göründü. Lakin Sərkisyan bu arzunu onların ürəyində qoydu”. V.Quluzadə Sərkisyanın ipinin Moskvanın əlində olduğunu bildirərək, Dağlıq Qarabağ konfliktinin həll olunmasında irəliləyişin olmayacağını deyir, “Ermənistan Rusiyanın caynağından çıxmayana qədər heç bir irəliləyiş olmayacaq. Sərkisyan gözəl bilir ki, nə səbəbə görə Ermənistan Parlamenti gülləboran edilib. Ona görə də S.Sərkisyan Moskvanın icazəsi olmasa, heç bir addım ata bilməz. Moskva da Qarabağ məsələsini əngəlləyərək, bir gün Azərbaycana qarşı istifadə etməyə ümid edir. Bu münaqişə ilə ABŞ-ın, Avropa İttifaqının, NATO-nun regionda olan bütün maraqlarına hədə-qorxu gəlir. Ona görə də məsələ həll olunmayacaq və hələlik irəliləyiş gözləməyə dəyməz”.

 Əlbəttə, nə qədər ki biz Qarabağ düyününün açılmasını başqalarından gözləyəcəyik, o qədər də yerdə qalan digər bağlarımızın da düyünə düşmə təhlükəsi artacaq. Rayonlarımızın işğal günlərini yadında saxlamayanları və ya bilməyənləri qınamağa dəyməz, çünki tarix göstərir ki, qələbə günləri yaddaşda daha yaxşı qalır elə 8 mayın səhəri gün olacaq 9 may kimi. Çox deyirdilər ki, mayda toy olmaz, onu ermənilərlə əlaqələndirirdilər. Amma deyəsən bu xəstəlikdən yaxa qurtardıq, bu ildən daha mayda da toy edəcəyik. İndi qalıb Şuşada, ümumiyyətlə Qarabağda, yəni dağlarda edəcəyimiz bizim toya. Çünki biz Şuşanı almalıyıq və onun alınması gününü əməlli başlı qeyd etməliyik.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər