Modern.az

Metroda gedişhaqqı 15 qəpiyə qaldırıldı

Metroda gedişhaqqı 15 qəpiyə qaldırıldı

Təhsil

30 Sentyabr 2009, 20:21

Sentyabrın 30-da Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. Şuranın yaydığı məlumata görə, iclasda

Bakı Metropoliteninin sərnişindaşıma xidmətinin tarifinə yenidən baxılmasına dair müraciəti müzakirə olunduqdan sonra metroda gedişhaqqının 5 qəpikdən 15 qəpiyə qaldırılması barədə qərar qəbul edilib.

Modern.az 

Tarif Şurası

na istinadən xəbər verir ki, yeni tarif 1 oktyabr 2009-cu il tarixindən saat 00:00-dan etibarən tətbiq ediləcək.                       

Bakı Metropoliteninin mövcud tarifi 1996-cı ildə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 5 qəpik səviyyəsində təsdiq edilmişdi.

Tarif Şurası qərarı belə əsaslandırıb ki, ö

tən illər ərzində respublika üzrə xidmətlə bağlı xərclərin və enerji daşıyıcılarının qiymətlərinin artması ilə yanaşı, sahə üzrə sərnişindaşıma xidmətinin keyfiyyətinin yüksəldilməsi, habelə yeni stansiyaların istismara verilməsi, bununla bağlı xidmət heyəti üzrə ştatın artırılması obyektiv olaraq xidmətin maya dəyərinin yüksəlməsinə səbəb olub. Bu da mövcud tarifə yenidən baxılmasını zəruri edib.

Şura bildirib ki, qiymət dəyişikliyindən sonra sərnişin daşıma xidmətinin tarifi bir sıra ölkələrlə müqayisədə yenə aşağı səviyyədə olacaq. Belə ki, hazırda metroda sərnişin daşıma xidmətinin tarifi Rusiyada 0,35, Gürcüstanda 0,19, Ukraynada 0,16, Belarusda 0,17, Türkiyədə 0,80 manat səviyyəsində olduğu bildirilib. 

İl ərzində metrodan 200 milyona yaxın insanın istifadə etdiyi nəzərə alınarsa, artım nəticəsində Bakı Metropoliteninə il ərzində əlavə 20 milyon manat vəsaitin daxil olacağı gözlənilir. Lakin bu tarif tənzimlənməsi nəticəsində belə, Bakı Metropoliteninin cari xərcləri tam şəkildə ödənilməyəcəyir və dövlət büdcəsindən həm cari xərclər üçün, həm də əsaslı kapital qoyuluşları üçün əlavə vəsaitə ehtiyac yaranacağı qeyd olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir