Modern.az

Milli Məclis dövlət büdcəsinə dəyişikliyi qəbul etdi (yenilənib)

Milli Məclis dövlət büdcəsinə dəyişikliyi qəbul etdi (yenilənib)

18 İyun 2010, 13:56
 Modern.az xəbər verir ki, bu gün Milli Məclisinin növbədənkənar sessiyasının iclası keçirilib. İclasda öncə “Normativ hüquqi aktlar haqqında” qanuna əlavə və dəyişiklik layihəsi müzakirə olunub. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bildirb ki, qanun layihəsi son referendum zamanı Konstitusiyaya edilən bir sıra dəyişikliklərdən irəli gəlib. Və bu layihə normativ hüquqi aktların dərc edilməsini ehtiva edən, daha geniş, müasir tələblərə cavab verən qanun olacaq.

Ə.Hüseynovun sözlərinə görə, Venesiya Komissiyasının son iclasında bu layihə müsbət rəy alıb.

Milli Məclissə üçüncü oxunuşa çıxarılan layihə ilə bağlı danışan deputatlar İlyas İsmayılov, Pəhan Hüseyn sənədə iradlarını bildiriblər. Pənah Hüseyn layihədəki bəzi müddəaların hakimiyyət bölgüsü prinsipinə zidd olduğunu deyib. Onun sözlərinə görə, Milli Məclisin illik qanunvericilik iş planının hazırlanmasını prezidentlə razılaşdırılmasını nəzərdə tutan dəyişiklik deputatların qanunvericilik təşəbbüsünü məhdudlaşdıracaq. Müzakirələrin sonunda layihə səsverməyə şıxarılıb və 6 nəfər əleyhinə, 101 nəfər lehinə olmaqla qəbul edilib.

 

*** Daha sonra nda «Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında» qanuna dəyişiklikləri nəzərdə tutan layihə müzakirəyə çıxarılıb. Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə çıxış edib. O, bildirib ki, son aylar dünyada və ölkədə baş verən proseslər, eləcə də neftin qiymətinin artması büdcəyə əlavə və dəyişikliklər etmək zərurəti yaradıb.

***

Büdcəyə təklif edilən dəyişikliklə bağlı maliyyə naziri Samir Şərifov bildirib ki, layihədə Azərbaycanın 2010-cu il dövlət büdcəsinin gəlirlərinin 1 mlrd. 490 mln. manat, xərclərinin isə 1 mlrd. 011 mln. manat artırılması təklif olunur. Bu artımla da dövlət büdcəsinin gəlirləri 11 mlrd. 505 mln. manat, xərcləri isə 12 mlrd. 275  mln. manat təşkil edəcək. Gəlirlərin artımının 490 mln. manatı Vergilər Nazirliyi, 1 mlrd. manatı isə Dövlət Neft Fondundan transfertlər hesabına formalaşacaq. Bununla da Vergilər Nazirliyinin xətti ilə büdcəyə daxil olması planlaşdırılan vəsaitlərin həcmi 4 470 mln. manat olacaq. Proqnozlaşdırılan büdcə kəsirinin məbləği 478,7 mln. manat azaldılacaq. Nazir bildirib ki, xərclərin artırılmasına bir sıra amillər əsas verir. Kür və Araz çaylarının yaratdığı sel fəlakətinin fəsadlarının aradan qaldırılması və gələcəkdə anoloji halların baş verməməsi üçün tədbirlərin maliyyələşdirilməsinə 300 mln. manat ayrılır: «Müdafiə xərclərinə 400 mln. manat əlavə ediləcək. Bu, geosiyasi vəziyyət nəzərə alınaraq ölkənin müdafiə potensialının yüksəldilməsi məqsədi daşıyır. Naxçıvanda bir sıra infrastruktur layihələrinin həyata keçirilməsinə 17 mln. manat, yol layihələrinin başa çatdırılması, Bakı şəhərində tarixi əhəmiyyətli binaların bərpası, rayonlarda su və kanaliza siyasistemlərinin yaxşılaşdırılmasına 129 mln. manat, elmə 3 mln. manat, səhiyyəyə 10 mln. manat ayrılır. Naxçıvan Muxtar Respublikasına dövlət büdcəsinin dotasiyası 2,7 mln. manat artırılacaq. Dövlət büdcəsinin kəsiri ÜDM-in 2,3%-ni təşkil edəcək». Daha sonra qanun layihəsi millət vəkillərinin müzakirəsinə təqdim olunub.

Zahid Oruc deyib ki, büdcəyə baxması mühüm iqtisadi və siyasi məsələdir. Onun sözlərinə görə, ordu xərclərinin xüsusi çəkiyə malik olması digər dövlətlərə mesajdır. Çünki sülh danışıqları nəticə verməsə, müharibə variant istisna deyil. "Ermənistan sürətlə silahlanmaqda davam edir, ona görə də Azərbaycan öz ordusuna  yönəltdiyi vəsaiti artırmaq məcburiyyətindədir". Z.Oruc deyib ki, sel fəlakətinin aradan qaldırılmasına yönəldilən vəsait böyük deyil. Deputat 10 dəqiqə çıxış edəndən sonra spiker 35 nəfərin çıxışa yazıldığını nəzərə alaraq çıxışını müddətinin 5 dəqiqəyə endirilməsini təklif edib. Adəti üzrə təklifə yalnız Pənah Hüseyn qarşı çıxıb. Mübariz Qurbanlı isə deyib ki, bu cür aydın layihə barədə nəinki  5 dəqiqə, 3 dəqiqə də danışmaq kifayətdir. "Heç də həmişə həyat neftin qiymətindən asılı deyil. Büdcə kəsiri 2,3 faiz proqnozlaşdırılır. Bu rəqəm büdcənin özünün nə qədər yüksək səviyyədə olduğunu göstərir".

Qüdrət Həsənquliyev deyib ki, elmə vəsait ayrılmalıdır. "Hökumət istəsə bu sahəyə pulu artıra bilər. Xüsusilə də orta məktəb müəllimlərinin, ali məktəb işçilərinin maaşı artırılmalıdır".

Vahid Əhmədov isə bildirib ki, təbii fəlakətlə bağlı ayrılan vəsaitin miqdarı azdır. "Dövlət orqanları, nazirliklər çox böyük iş görüblər. Yalnız Kür-Arazla zonasında deyil, digər bölgələrdə də-Quba, Xaçmaz, Şəki,  Zaqatala, Şamaxı, Göyçay ərazilərində torpaq sürüşmələri olur, evlər torpaq altında qalır. Təbii fəlakətlə əlaqədar xüsusi proqram işlənib hazırlanmalıdır və bunun üçün maliyyə ehtiyatları təsdiq olunmalıdır". V.Əhmədov əmanətlərin qaytarılması məsələsini gündəmə gətirib. 

Pənah Hüseyn isə deyib ki, büdcəyə təklif edilən dəyişikliklərdə maaş alan şəxslər yada düşməyib. "Pensiyalar, əmək haqqı alanlar- milyonlarla insan gözləyirdi ki, növbəti 6 ay üçün 30-35 faizi haqqıında arıtım haqqında qərar qəbul edəcəyik". P,Hüseyn deyib ki, təbii fəlakətlə bağlı ayrılan vəsaitin yarısı onsuz da yuxarıdan oğurlanacaq. Deputat deyib ki, neft gəlirləri xalqın müəlliminin, həkiminin, hərbçisinin, polisinin ailəsinin-uşağının, özünün insan kimi yaşamasına sərf olunmalıdır. 

Spiker Oqtay Əsədov bu dəfə də Pənah Hüseynə çıxışı ilə bağlı irad tutub. Bu vaxt mübühisə yaranıb. Pənah Hüseyn: "Oğurluq eləməsinlər". Oqtay Əsədov: "Oğurluğu vaxtında siz eləmisiz". Pənah Hüseyn: "İndi də siz edirsiniz". Daha sonra Fəzail Ağamalı çıxış edib. O deyib ki, sel fəlakətinə ayrılan vəsait kifayət etmir və gələcəkdə daha da arıtırlmalıdır. Cəmil Həsənli deyib ki, əmanətlərin qaytarılması üçün hökukmət təxirəsalınmaz tədbirlər görməlidir. Aydın Mirzəzadə isə bildirib ki, müxalifət büdcə artımını əleyhinəolmaqla fəlakət zonasında insanların vəziyyətinin yaxşılaşmasına, ordu vəsaitlərinin artırılmasına qarşı çıxır.

Nazim Məmmədov söyləyib ki, korporativ idarəetmə mədəniyyəti inkişaf etdirilməlidir. "Heç bir dövlət büdcəsində maaşın 30, ya 40 faiz artırılması göstərilmir". Müzakirələrdən sonra 98 səs lehinə, 5 səs əleyhinə olmaqla Milli Məclis 

«Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında» qanuna dəyişiklikləri qəbul edib.

Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı