Modern.az

Milli Məclis Seçki Məcəlləsinə dəyişikliyi qəbul etdi (yenilənib)

Milli Məclis Seçki Məcəlləsinə dəyişikliyi qəbul etdi (yenilənib)

Parlament

18 İyun 2010, 17:53
 Modern.az xəbər verir ki, iyunun 18-də Milli Məclisin növbədənkənar sessiyasının iclasında Seçki Məcəlləsinə əlavə və dəyişikliyi nəzərdə tutan qanun layihəsi müzakirəyə çıxarılıb.   Qeyd edək ki, Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı təklif YAP-çı deputatlar tərəfindən irəli sürülüb.


Təkliflərdən biri seçki müddətinin 75 gündən 60 günə endirilməsidir.
Digər təklif ondan ibarətdir ki, namizədlərə təbliğat-təşviqat üçün dövlətdən pul ayrılmasın.

Xatırladaq ki, iyunun 9-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində Seçki Məcəlləsinə əlavə və dəyişiklik müzakirə olunduqdan sonra sənəd parlamentin plenar iclasına tövsiyə olunmuşdu.

Hazırda parlamentdə müzakirələr aparılır.

***

Müzakirələrdən sonra Seçki Məcəlləsinə əlavə və dəyişikliyi nəzərdə tutan qanun layihəsi 103 səs lehinə, 3 səs əleyhinə olmaqla qəbul edilib.
Beləliklə, seçki kampaniyası, o cümlədən seçki təbliğatının müddəti azaldılacaq, qeydə alınan namizədlərə dövlətdən 200 manat vəsait ayrılması qaydası ləğv olunacaq.

Modern.az  

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir