Modern.az

Bu gün hərbi xidmətə çağırış başlayır

Bu gün hərbi xidmətə çağırış başlayır

1 Oktyabr 2009, 10:04

Bu gün Azərbaycanda həqiqi hərbi xidmətə növbəti çağırış başlayır. Ölkə başçısının “Vətəndaşların həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” fərmanına əsasən, oktyabrın 1-dən 30-dək 1991-ci ildə doğulmuş və çağırış günü üçün 18 yaşı tamam olmuş, habelə 1974-1990-cı illərdə doğulmuş, yaşı 35-ə qədər olan, Azərbaycanın Respublikasının Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan vətəndaşları həqiqi hərbi xidmətə çağırılacaq.
“Hərbi xidmət haqqında” qanunda nəzərdə tutulmuş xidmət müddətini keçmiş əsgər, matros və çavuşlar isə bu ay ərzində ehtiyata buraxılacaq. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir