Modern.az

Prezidentin əkiz qardaşı: “Bu gün mənim üçün qəmli bayramdır”

Prezidentin əkiz qardaşı: “Bu gün mənim üçün qəmli bayramdır”

18 İyun 2010, 17:14

Bu gün Polşa prezidenti postuna namizəd, Rusiyada təyyarə qəzasında həlak olmuş sabiq prezident Lex Kaçinskinin əkiz qardaşı Yaroslav Kaçinski mərhum qardaşının məzarını ziyarət edib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu gün - iyunun 18-i  əkiz qardaşların doğum günüdür. Yaroslav Kaçinski və onun qardaşı qızı mərhum prezidentin  məzarı önündə 20 dəqiqə olublar. KİV nümayəndələri Lex Kaçinskinin və onun xanımının dəfn olunduğu Vavel qəbirstanlığına buraxılmayıblar. “Bu gün mənim üçün qəmli bayramdır”,-deyə Yaroslav Kaçinski bildirirb.

 

Xatırladaq ki, bazar günü Polşada prezident seçkiləri keçiriləcək.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?