Modern.az

Azərbaycan Dillər Universitetində “Plov günü” keçirilib

Azərbaycan Dillər Universitetində “Plov günü” keçirilib

18 İyun 2010, 17:41

İyunun 18-də Azərbaycan Dillər Universitetində (ADU) “Plov günü” keçirilib. Modern.az ADU-nun mətbuat xidmətinə istinadla xəbər verir ki, tədbirin əsas məqsədi universitetə Yay məktəbi keçmək üçün gəlmiş 8 nəfər amerikalı tələbəyə Azərbaycanın milli mətbəxi, mədəniyyəti haqqında məlumat verməkdən ibarət olub. Plov gününü giriş sözü ilə tədbirin  təşəbbüskarı və təşkilatçısı Regionşünaslıq kafedrasnın müdiri dosent Sevdagül Əliyeva açıb. O  Azərbaycanın milli mətbəxinin incisi olan plovdan, onun növlərindən, bişirilmə və yemək xüsusiyyətlərindən danışıb. Tədbirdə 9 növ azərbaycan plovu bişirilib. Sonra hazırlanmış plov çeşidləri amerikalı tələbələrə təqdim olunub.

 

Qeyd edək ki, ABŞ-ın müxtəlif universitetlərini təmsil edən 8 tələbə ADU –da Yay məktəbi keçir. Yay məktəbinin əsas məqsədi amerikalı tələbələrə Azərbaycan dilini öyrətmək və dil biliklərini inkişaf etdirməkdən ibarətdir. Azərbaycan dilini öyrənməklə yanaşı onlar Azərbaycanın mədəniyyəti, tarixi, adət-ənənələri ilə yaxından tanış olacaqlar. Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi