Modern.az

Bir sıra tanınmış şəxslərə “Qız qalası” Milli Mükafatı verilib

Bir sıra tanınmış şəxslərə “Qız qalası” Milli Mükafatı verilib

Mədəni̇yyət

18 İyun 2010, 20:04

İyunun 18-də “Excelsior” mehmanxanasında Avrasiya Qəzetçilər Dərnəyi və İctimai Fikir Fondunun birgə təşkilatçılığı ilə “Qız qalası” Milli Mükafatının təqdimat mərasimi keçirilib.   Modern.az-ın məlumatına görə, Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü və 28 May – Respublika Günü münasibətilə bu ilin mayında respublikanın paytaxt və rayonlarında respondentlər arasında sorğu aparılıb. Sorğunun nəticələrinə görə müxtəlif nominasiyalar üzrə 26 qalib mükafatlandırılıb. Mükafat alanlar sırasında Azərbaycanın tanınmış media işçiləri və bir sıra dövlət qurumun nümayəndələri də olub. Onlara misal olaraq Norveçin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Jon Ramberq, millət vəkilləri Qənirə Paşayeva, Zahid Oruc, Adil Əliyev, Gülər Əhmədova, APA-nın baş direktoru Vüsalə Mahirqızı, Bakı Dövlət Universitetinin mətbuat və informasiya şöbəsinin rəhbəri Pərvanə İbrahimova, ANS-in “Günəbaxan” verilişinin aparıcısı Turan İbrahimov, “Olaylar” İnformasiya Agentliyini direktoru Yunus Oğuz,  “Qafqaz-Holdinq”in prezidenti Füzuli Dünyamalıyev və digər şəxsləri göstərmək olar. Təhminə Paşayeva

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!