Modern.az

Rail Rzayevin qətlinin araşdırılmasında xarici ekspertlər də iştirak edəcək

Rail Rzayevin qətlinin araşdırılmasında xarici ekspertlər də iştirak edəcək

Təhsil

1 Oktyabr 2009, 12:11

Baş prokuror Zakir Qaralov jurnalistlərər açıqlamasında bildirib ki, bu il fevralın 11-də öldürülən Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı Rail Rzayevin qətlinin araşdırılmasında xarici ekspertlər də iştirak edəcəklər. Bunun üçün onlar Azərbaycana dəvət edilib. Baş prokurorun sözlərinə görə, istintaq Prezidentin nəzarətindədir.
Rail Rzayevin qətli ilə bağlı iki şəxs - generalın köməkçisi Aydın Rəfiyev və yavəri Anar Həşimov saxlanılıb. İstintaq bu şəxsləri qətldən sonra generalın otağında baş verən oğurluqda şübhəli şəxs sayır.
Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı Rail Rzayev fevralın 11-də evinin yaxınlığında qətlə yetirilib. Faktla bağlı cinayət işi başlanıb. İstintaqı Respublika Prokurorluğu, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu aparır. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi