Modern.az

Milli Məclis Konstitusiya Məhkəməsinə 6 hakim təyin etdi

Milli Məclis Konstitusiya Məhkəməsinə 6 hakim təyin etdi

Parlament

22 İyun 2010, 12:22

Bu gün Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclası keçirilir. Modern.az xəbər verir ki, parlamentin iclasında Konstitusiya Məhkəməsinə hakimlərin təyin edilməsi ilə bağlı məsələyə baxılıb. Milli Məclis 6 hakimin namizədliyini səs qoyub, səsəvermədən sonra onlar Konstitusiya Məhkəməsinin hakimləri təyin olunublar. Hakimlər parlamentdə and içiblər.

İclasda məsələyə baxılarkən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov çıxış edərək bildirib ki, 1998-ci ildən fəaliyyət göstərən Konstitusiya Məhkəməsi indiyədək 176 qərar qəbul edib. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiya Məhkəməsi 9 hakimdən ibarətdir. Həmin maddəyə görə hakimlər Prezidentin təqdimatı əsasında Milli Məclis tərəfindən təyin olunur. Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinin icrasına 7 hakim təyin olunduqda başlaya bilər. Hakimlər 15 il müddətinə təyin olunurlar. Məhkəmənin sədri və sədr müavini Prezident tərəfindən təyin edilir. Konstitusiya Məhkəməsi qanunların, qərarların və digər normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunu yoxlayır. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğuları və ümumi məhkəmələrin müraciəti əsasında Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına şərh verir. Ə.Hüseynov deyib ki, bugünkü iclasda 6 nəfərin namizədliyi səsə qoyulacaq. Bunlar Sona Salmanova, Fikrət Babayev, Rafael Qvaladze, Ceyhun Qaracayev, Kamran Şəfiyev, Rövşən İsmayılovdur. İlk üç namizəd hazırda da

Konstitusiya Məhkəməsinin hakimləridir.

Daha sonra 103 deputat namizədlərin lehinə səs verib, 1 millət vəkili isə səs verməyib. Konstitutsiya Məhkəməsinin hakimləri and içiblər. İclasda iştirak edən

Konstitutsiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirb ki, rəhbərlik etdiyi məhkəmə hakimiyyəti qanunların aliliyinin qorunmasında bundan sonra da çalışacaq.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır