Modern.az

10 min 192 nəfər dövlət qulluqçusu kimi pensiya alır

10 min 192 nəfər dövlət qulluqçusu kimi pensiya alır

22 İyun 2010, 12:58

23 iyun dövlət qulluqçularının peşə bayramı günüdür. Dövlət qulluqçuları bir çox sahələrdə, o cümlədən pensiya təminatında xüsusi imtiyazlara malikdirlər. Dövlət Sosial Müdafiə Fondu İctimaiyyətlə əlaqələr sektorunun məlumatına görə, 01.04.2010-cu il tarixə olan statistikaya əsasən, Azərbaycanda dövlət qulluqçusu kimi pensiya alanların sayı 10 192 nəfər təşkil edir.  Onların orta aylıq pensiya məbləği isə 320,34 manatdır.

Qeyd edək ki, dövlət qulluqçularının pensiyasının təyin olunması və artımı fərqli, daha yüksək məbləğlərlə aparılır və hər dəfə pensiyanın məbləği dövlət qulluqçularının faktiki vəzifə maaşına uyğunlaşdırılır. 2008-ci ildə dövlət qulluqçularının məvaciblərinin artırılmasına uyğun olaraq göstərilən kateqoriyadan olan şəxslərin pensiyaları iyulun 1-dən orta hesabla 50 faiz artırılıb.

“Onu da bildirək ki, 2010-cu il aprel ayının 1-i vəziyyətinə Azərbaycanda qeydiyyatda olan pensiyaçıların sayı 1301,7 min nəfərdir”.   Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!