Modern.az

Poroşenko: “Yeni prezident parlamenti buraxmalıdır”

Poroşenko: “Yeni prezident parlamenti buraxmalıdır”

22 May 2014, 16:30



Ukraynanın yeni seçiləcək prezidenti Ali Radanı buraxmalı və yeni deputat seçkiləri keçirilməlidir. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Lvovda keçirilən mətbuat konfransında prezidentliyə namizəd Pyotr Poroşenko deyib. Onun sözlərinə görə, ölkənin yeni prezident bununla xalqın iradəsini yerinə yetirməlidir:
“Yeni prezident parlamenti buraxmağa və növbədənkənar seçkilər elan etməyə borcludur. Bu, Maydanın əsas tələblərindən biridir. Seçkidən sonra bizim ümumi məqsədimiz – Avropaya inteqrasiya əsasında yeni koalisiya formalaşdırmaq  lazımdır”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?