Modern.az

“Ali təhsildə QHT-lərin rolu” mövzusunda konfrans keçiriləcək

“Ali təhsildə QHT-lərin rolu” mövzusunda konfrans keçiriləcək

22 İyun 2010, 13:03

Gənclər üçün Təhsil Mərkəzi cari ilin sentyabr ayında “Ali təhsildə QHT-lərin rolu” adlı konfransın keçirilməsini planlaşdırır. Bu barədə Modern.az-a məlumat verən mərkəzin direktor müavini Elnur Axundov bildirib ki, konfransın keçirilməsində əsas məqsəd ali təhsilin inkişaf etdirilməsi və bu sahədə mövcud olan problemlərin aradan qaldırılması istiqamətində yerli və beynəlxalq QHT-lərin potensialından yararlanmaq, QHT-lərin bu prosesdə fəal iştirakını təşviq etməkdir.

O, bildirib ki, “ötən həftə Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın sədri, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin iştirakı ilə ali təhsil müəssisələrinin yeni maliyyələşmə mexanizminə dair keçirilmiş müşavirədən biz QHT-lər də nəticə çıxarmalıyıq. Çünki inkişaf etməkdə olan cəmiyyətimizə güclü iqtisadiyyatla, güclü ordu ilə yanaşı, həm də güclü ali təhsilə malik olan kadrlar lazımdır”.

            Qeyd edək ki, Mərkəzin planlaşdırdığı konfransda əsasən təhsil sahəsində çalışan yerli QHT-lərlə yanaşı, inkişaf etmiş ölkələrdən də müxtəlif təhsil təşkilatlarının və ekspertlərinin iştirakı nəzərdə tutulur. Konfrans zamanı ali təhsilin inkişaf etdirilməsi və bu sahədə mövcud problemlərin həlli ilə bağlı konkret təkliflər toplanaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyaya təqdim olunacaq. Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı