Modern.az

NarMobile-ın reklam çarxı dünya mükafatına layiq görülüb

NarMobile-ın reklam çarxı dünya mükafatına layiq görülüb

22 İyun 2010, 13:07

Nar Mobile reklam çarxı ABŞ-ın yaradıcılıq sahəsində ən iri mükafatı olan Creativity adlı beynəlxalq mükafata layiq görülüb. Azerfon-dan Modern.az-a bildirilib ki, “Boyun sindromu” adlı reklam çarxının süjeti beynəlxalq münsiflər heyəti tərəfindən kifayət qədər orijinal adlandırılıb. 

Reklam çarxı Azerfon-un yaradıcı tərəfdaşı olan Bruketa&Zinic şirkəti tərəfindən hazırlanıb. “Boyun sindromu” reklam çarxı məzəli pozalarda, boyunları əyilmiş vəziyyətdə gəzən müxtəlif adamları göstərir. Çarxın sonunda aydın olur ki, bu, telefon danışıqları nəticəsində əmələ gələn boyun qıcolması səbəbindən baş verib. “Çarxın məqsədi uzunmüddətli danışıqlar səbəbindən boyun qıcolmasına gətirib çıxardan Nar Mobile-ın yeni tariflərinin münasibliyini göstərməkdən ibarətdir”, - Nar Mobile başçısı Çinar Erek bildirib.

 

Bu mükafat NarMobile üçün beynəlxalq tanınma simvolu olaraq, bu ticarət nişanını innovasiya və inkişaf sahəsində Azərbaycanın nümayəndəsi kimi tanıdır.

 

Creativity International Awards reklam və qrafik dizayn sahəsində ən köhnə müstəqil beynəlxalq müsabiqələrdən biridir. Müsabiqə 1970-ci ildə təsis olunub. Hal-hazırda Creativity International Awards dünyanın qabaqcıl dizayn layihələrini birləşdirən yaradıcılıq üzrə illik müsabiqədir. Müsabiqənin münsiflər heyəti reklam və dizayn sahəsində çalışan peşəkarlardan ibarətdir. 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı