Modern.az

Qarşıdakı 3 gündə hava necə olacaq?

Qarşıdakı 3 gündə hava necə olacaq?

22 İyun 2010, 13:18

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında iyunun 22-də dəyişkən buludlu və yağmursuz hava şəraiti hökm sürəcək. Şimal-şərq küləyinin sürəti 8-13 m/s təşkil edəcək. Havanın temperaturu gündüz 33-36, axşam 24-26, Abşeron çimərliklərində dəniz suyunun temperaturu isə 26-27 dərəcə isti təşkil edəcək.
İyunun 23-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyinin sürəti 7-12 m/s, gündüz cənub-şərq küləyinin sürəti isə 8-13 m/s təşkil edəcək.
Havanın temperaturu gecə 22-24, gündüz 32-35, Abşeron çimərliklərində dəniz suyunun temperaturu isə 26-27 dərəcə isti təşkil edəcək.
İyunun 24-də dəyişkən buludlu, əsasən, yağmursuz hava şəraiti gözlənilir. Şimal-qərb küləyinin sürəti 8-13, arabir 15 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 22-25, gündüz 34-38 dərəcə isti təşkil edəcək.
İyunun 25-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal olunur. Şimal-qərb küləyinin sürəti 15-20, gündüz arabir 23-25, yarımadanın bəzi yerlərində isə hətta 28 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 21-24, gündüz 30-33 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında

İyunun 23-də gün ərzində, əsasən, yağmursuz hava şəraiti hökm sürəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, qərb rayonlarında hətta leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyinin sürəti 5-10, ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 31-36, dağlarda gecə 10-14, gündüz 21-25 dərəcə isti təşkil edəcək.

İyunun 24-25-də bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, əsasən, gecə və axşam leysan xarakterli intensiv olacağı, qərb rayonlarında isə dolu düşəcəyi ehtimalı var. Qərb, şimal-qərb küləyinin sürəti 5-10, gündüz arabir 15-20, iyunun 25-də isə ayrı-ayrı yerlərdə 25-30 m/s-dək güclənəcək.
Havanın temperaturunun iyun ayının 24-də 38 dərəcəyədək isti, iyunun 25-də isə gecə 20-24, gündüz 31-36 dərəcə isti təşkil edəcəyi gözlənilir. Dağlarda havanın temperaturu iyunun 24-də 28 dərəcəyədək isti, iyunun 25-də isə gecə 10-14, gündüz 21-26 dərəcə isti təşkil edəcək.

Xəbərdarlıq

İyunun 23-dən 26-dək bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, əsasən, gecə və axşam leysan xarakterli intensiv olacağı, qərb rayonlarında isə dolu düşəcəyi ehtimalı var. Qərb, şimal-qərb küləyinin sürəti arabir 15-20, iyunun 25-də ayrı-ayrı yerlərdə isə 25-30 m/s-dək güclənəcək.
Çaylarda, eyni zamanda Kür, Araz və Qanıx çaylarında sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

 


 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı